Домой / Word 2010 / Word 2010 proqramında sənədin yadda saxlanılması

Word 2010 proqramında sənədin yadda saxlanılması

Word 2010 proqramında sənədin yadda saxlanılması

Fayl menyusu

Əziz oxucularım gadirov.com saytının daimi ziyarətçiləri.Microsoft Word 2010 proqramına həsr olunmuş növbəti dördüncü videodərsliyimdə sizləri salamlayıram. Bu günki dərsimizin mövzusu Word 2010 proqramında sənədin yadda saxlanılması olacaq.Dərsimiz sənədin yadda saxlanılması olduğu üçün biz hər hansı bir mətnimizi Word proqramının boş sahəsinə daxil etməliyik.Yəni redaktə olunacaq sahəyə.Sonra isə mənim tövsiyyə etdiyim prosedur ardıcıllıqla sənədi yadda saxlamalıyıq.İlk növbədə onu qeyd edim ki,sənəd yaddaşa verilərkən onun adının və yerinin təyin olunması hər bir istifadəçidən tələb olunur.

Word 2010-da sənədi yadda saxlamaq

Word 2010 proqramında sənədin yadda saxlanılması

Sənədi yadda saxlamaq

 Sənədi yaddaşa vermək üçün Microsoft Word 2010 proqramı Fayl(Файл) menyusuna daxil olmağı və Сохранить как (yeni adla yadda saxlamaq) sətrini vurmağı təklif edir.Açılan eyni adlı pəncərədə biz sənədin yadda saxlanılması üçün yeri təyin etməliyik.Adi qaydada proqram sənədi yadda saxlamaq üçün Документ adlanan qovluğu tövsiyyə edir.İstifadəçi bu tövsiyyəyə əməl edə və ya etməyə bilər.Əgər biz sənədimiz iş masası (Рабочий стол) adlanan sahədə yadda saxlamaq istəyiriksə, onda iş masası (Рабочий стол) simgəsi üzərində siçanın göstəricisi bir dəfə vurulur.Sonra fayla ad verilir.Daha sonra Сохранить düyməsi vurulur.Beləliklə biz Word 2010 proqramında sənədin yeni adla yadda saxladıq.

Sonda bir müəllif kimi qeyd etmək  istəyirəm ki, bu videodərsliyim Microsoft Office Word 2010 proqramını müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər üçün nəzərdə tutulub.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Оставить комментарий