Домой / Word 2010 / Word 2010 proqramında formatın silinməsi

Word 2010 proqramında formatın silinməsi

Əziz oxucularım gadirov.com saytının daimi ziyarətçiləri. Microsoft Word 2010 proqramına həsr olunmuş növbəti iyirminci video dərsliyimdə sizləri salamlayıram. Bu gün ki dərsimizin mövzusu Word 2010 proqramında formatın silinməsi olacaq. İlk növbədə onu qeyd edim ki, hal-hazırda qarşımda altı səhifədən ibarət formatlaşdırılmış mətn verilmişdir.

Word 2010 proqramında formatın silinməsi

Word 2010 proqramında formatın silinməsi

Редактирование

Bu mətnimiz müxtəlif formatlaşdırma elementlərinin köməyi ilə formatlaşdırılıb. Formatın silinməsi üçün

Word 2010 proqramında formatın silinməsi

Выделить все

aşağıdakı əməliyyat ardıcıllığı aparılır. Əvvəlcə sənədimizi təşkil edən bütün vərəqlər seçilməlidir. Sənəddə seçim aparmaq üçün Редактирование adlanan paneldə Выделить düyməsi mövcuddur. Düymə seçim üçün nəzərdə tutulub. Düymənin sağında ox işarəsi vardır. Onu vurmaqla menyu açılır. Həmin menyuda Выделить все sətrini seçməklə bütövlükdə mətnimiz qeyd olunur. Seçim aparıldıqdan sonra mətnimizə tətbiq olunmuş formatın silinməsi üçün Главная lenti üzərində olan Шрифт panelinə müraciət etməliyik.

Word 2010 proqramında formatın silinməsi

Formatın silinməsi

Шрифт panelinə bərkidilmiş Очистить формат düyməsini sıxmalıyıq. Gördüyüm kimi mətnimizə tətbiq olunmuş format silinərək Microsoft Word 2010 proqramında qəsdən susaraq qəbul olunmuş vəziyyətə qayıtdı. Nəticədə altı səhifəlik sənədimiz bir səhifədə görsəndi.

Beləliklə formatın silinməsi (Очистить формат) mövzusu tez bir zamanda istənilən mətnə tətbiq edilmiş formatı silə bilir.

Sonda bir müəllif kimi qeyd etmək  istəyirəm ki, bu video dərsliyim Microsoft Office Word 2010 proqramını müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər üçün nəzərdə tutulub.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Оставить комментарий