Домой / Word 2003 / Word-ün ekranı

Word-ün ekranı

word ekraniƏziz oxucularım, gadirov.com saytının daimi ziyarətçiləri.Sizləri Microsoft Office Word 2003 proqramına həsr edilmiş növbəti videodərslikdə salamlayıram.Bu günki videodərsimizin mövzusu Microsoft Office Word 2003 proqramının ekranı olacaq.Qarşımızda Microsoft OfficeWord 2003 redaktorunun pəncərəsidir.Microsoft Office Word 2003 redaktə sahəsindən, sənədin başlıq sətrindən, menyu sətrindən, müxtəlif alətlər lövhəsindən və vəziyyət sətrindən ibarətdir. Pəncərənin yuxarısında yerləşən başlıq sətri, bütün Windows pəncərələrində olduğu kimi redaktə olunan sənədin adından və proqramın adı sahəsindən ibarətdir. Eləcə də başlıq sətrinin üzərində proqramı idarə edən 3 düymə təsvir olunub. word ekraniBu düymələri əyani izah edək. Qarşımızda x bağlamaq-закрыть- close adlanan düymə var. Bu düymə proqramı bağlayır. Digər düymə ən böyütmə və ən kiçiltmə-Развернуть proqram pəncərəsini ekran boyu böyüdür. Digər düymə isə bükmək-свернуть proqramın pəncərəsini tapşırıqlar panelinə doğru bükür. Proqramı ekrana çağırmaq üçün üzərində sol düyməni bir dəfə sıxın. Eləcə də başlıq sətrindən sonra ayrı-ayrı menyu bölmələrindən ibarət olan menyu sətri gəlir. Menyu sətrinin idarə olunması istifadəçini yerinə yetirdiyi əməliyyatlardan asılı olaraq dəyişir. Menyu sətrinin aşağı hissəsində proqramda istifadə olunan ayrı-ayrı alətlər lövhəsi yerləşir. Adətən proqramda iki alət lər lövhəsi daimi olaraq ekranda olur. Bunlardan biri word ekrani

word ekraniСтандартная və digəri isə formatlaşdırma alətlər lövhəsidir. Microsoft Office Word 2003 proqramı standart menyudan başqa asılı kontekst menyu da təklif edir. Belə ki, kontekst menyu siçanın sağ düyməsi vasitəsilə çağıırılır. Pəncərənin əsas hissəsini bir qayda olaraq redaktə olunacaq boş vərəq tutur. Pəncərənin aşağı hissəsində isə vəziyyət sətri təsvir olunub. Onun üzərində Microsoft Office Word 2003-ün mətn haqqında məlumatı göstərilir. Ekranın sağ tərəfində tapşırıqlar paneli yerləşir. Bu tapşırıqlar panelini istifadəçi öz zövqünə görə dəyişə bilər və lazım gələrsə həmin paneli bağlaya bilər. Panelin bağlanması üçün üzərində bağlamaq- закрыть- close düyməsinin sıxılması yetərlidir.Mövzu ilə əyani tanış olmaq əvvəlcə saytımıza abunə olun.Sonra göndərilən şifrəni mövcud sahəyə daxil edib aşağıdakı videodərsliyə baxın.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Оставить комментарий