Домой / İKT xəbər / Yaponiyada ayaqqabının təmizlənməsi üçün xalça-tozsoran yaradılıb

Yaponiyada ayaqqabının təmizlənməsi üçün xalça-tozsoran yaradılıb

Yaponiyanın “Paionia Furyokuki” şirkətinin mühəndisləri ayaqqabının təmizlənməsi üçün xalça-tozsoran hazırlayıblar. Sadəcə, ayaqqabının altını ona yaxınlaşdırmaq kifayətdir və onun  altındakı bütün palçıq və toz sayılı saniyələr ərzində təmizlənəcək.

“İCTnews.az” elektron xəbər xidməti bildirir ki, xalça-tozsoran 50×100 santimetr ölçüsündə düzbucaqlı dördbucaqlı şəklindədir və adi tozsoran prinsipi üzrə işləyir, lakin Yaponiyanın bir çox qurğuları kimi o da yüksək texnologiya əsasında hazırlanıb. Xüsusi datçik insanın yaxınlaşmasını hiss edir və sistemi aktivləşdirir.

İstehsalçılar xalça-tozsoranları ofislərdə quraşdırmağı təklif edirlər ki, əməkdaşlar və ziyarətçilər palçığı zal və kabinetlərə daşımasınlar. Bir xalçanın qiyməti 6250 dollara bərabərdir.

Mənbə:İctnews.az

Оставить комментарий