Домой / Elektron dərsliklər / Xarici yaddaş qurğuları

Xarici yaddaş qurğuları

1970-ci illərin sonunda ilk mikrokompüter yarananda informasiyanı uzun müddətə yadda saxlamaq üçün başlıca qurğu maqnit lenti (magnetic tape;магнитная лента) idi. Sonra daha sürətli və daha etibarlı disket maydana çıxdı.Hesablama texnikasında həmişə istifadə olunmuş sərt disk getdikcə o qədər ucuzlaşdı ki,ondan bütün kompüterlərdə istifadə etmək imkanı yarandı. Sonra CD-ROM qurğusu yarandı;öncə yalnız multimedia kompüterlərində olan bu qurğu sonradan bütün kompüterlərin standart hissəsinə çevrildi.

Başqa yaddasaxlama qurğuları da var. Son zamanlar geniş yayılmış DVD-ROM əslində böyük həcmli CD-ROM”dur.
Disksürənlər.Bu qurğular tutumu, adətən,1.44 Mbayt olan disketlərlə işləyir. Təxminən 10-15 il bundan öncə bu tutum yetərli idi.İndi isə disksürənlər, demək olar ki, faydasızdır və artıq onlar kompüterlərdən çıxarılır.
Sərt disklər. Kompüterlərdə informasiyaları  uzun müddətə saxlamaq üçün başlıca qurğu sərt diskdir. Çağdaş sərt disklər giqabaytlarla informasiya saxlaya bilir ki,bu da Windows əməliyyat sistemi, proqram təminatı və sizin yarada bildiyiniz bütün informasiyalar üçün tamamilə yetərlidir. Disketdən fərqli olaraq siz sərt diski qurğudan çıxara bilməzsiniz.
CD-ROM qurğuları. Bu qurğular xarici görünüşcə musiqili  CD”lərdən heç nə ilə fərqlənməyən  kompakt-disklərlə işləyir. Kompüterlərin kompakt disklərinin böyük tutumu var və bu gün kompüterlər üçün proqram təminatları əsasən məhz belə disklərdə satılır. Sərt disklərdən fərqli olaraq siz kompakt-diskə nəsə yaza bilməzsiniz. CD-ROM abbreviaturasındakı R və O hərfləri ReadOnly (ancaq oxumaq üçün) deməkdir. Adətən, bu elə bir problem yaratmır, həm də CD-ROM”ların xüsusi növləri var ki,onlara informasiya yazmaq olur.
DVD-ROM qurğuları. Bu qurğular üçün nəzərdə tutulan DVD-ROM diskləri adi kompakt disklərə oxşayır,ancaq onların tutumu xeyli böyükdür. Bir DVD-ROM  diskinin tutumu 20 adi kompakt diskin tutumu qədərdir.
CD-R/CD-RW qurğuları. Bu qurğuların CD-ROM qurğularından yeganə fərqi ondadır ki,onların köməyi ilə öz disklərinizi yaza bilərsiniz. Bununçün xüsusi CD-R/CD-RW disklərindən istifadə olunur.
ZİP qurğuları. Bu xüsusi növ qurğular böyük disketə oxşayan Zip-disklərlə işləyir. Zip-disklərin tutumu 100, 250 və ya 750 Mbayt olur.
Bu əsas yadda saxlama qurğuları ilə yanaşı başqa növ yadda saxlama qurğularına da rast gəlinir.

Mənbə: Kompüter bunu öyrənməyə nə var ki!


Оставить комментарий