Домой / Adobe Fhotoshop / Şəkilə yağış effektinin tətbiqi

Şəkilə yağış effektinin tətbiqi

Salam əziz dostlar,dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Adobe Photoshop proqramına həsr olunmuş növbəti video dərslikdə salamlayıram. Bu gün ki video dərsimizin mövzusu şəkilə yağış effektinin tətbiqinə həsr olunacaq.Bunun üçün ilk növbədə yağış effekti tətbiq olunacaq şəkili proqrama çağıraq. Əvvəlcə faylı proqramda ekrana çağırmaq üçün File menyusuna daxil oluruq. Açılan menyudan Open adlı əmrə müraciət edirik.Şəkilə yağış effektinin tətbiqiOpen dialoq boksunda fayl seçilir və Открыть düyməsi sıxılır. Beləliklə faylımız proqrama çağrıldı.Şəkilə yağış effektinin tətbiqiGördüyümüz kimi yağış effekti tətbiq olunacaq şəkil proqramda açıldı.Şəkilə yağış effektinin tətbiqiİlk növbədə biz yeni Layer yaradırıq.Bunun üçün klaviaturada CTRL+Shift düyməsi sıxılı vəziyyətdə N hərfi vurulur.Şəkilə yağış effektinin tətbiqiHəmin layeri ad veririk. Əməliyyatın təsdiqi üçün Ok düyməsi sıxılır. Beləliklə Layer panelində Yagis adı altında yeni boş layer yaradılmış oldu.Şəkilə yağış effektinin tətbiqiLayer hal-hazırda şəffaf olaraq görsənir.

Şəkilə yağış effektinin tətbiqi

Lakin biz bu layeri qara fonla doldurmalıyıq. Bunun üçün ilk növbədə alətlər qutusundan qara rəngi əsas rəng kimi müəyyən etməliyik.Şəkilə yağış effektinin tətbiqiSonra isə klaviaturada Alt düyməsi sıxılı vəziyyətdə Backspace düyməsi vurulmalıdır.Şəkilə yağış effektinin tətbiqiİndi isə mövcud şəklimizə xüsusi filter tətbiq edək. Bunun üçün Filter menyusuna daxil olub Noise sətrini daha sonra isə açılan alt menyudan Add Noise əmrini seçirik.Şəkilə yağış effektinin tətbiqiAçılan Add Noise adlanan pəncərədəki parametrləri aşağıdakı kimi dəyişək. Amount sahəsində 400 % yazılır. GaussianMonochromatic çeksboksunda işarə qoyulur. Əməliyyatın təsdiqi üçün Ok düyməsi sıxılır.Şəkilə yağış effektinin tətbiqiBeləliklə Yağış layerində aşağıdakı nəticə alındı.Şəkilə yağış effektinin tətbiqiSonra isə yağış effektinin tətbiqi üçün növbəti filterə müraciət edəcəyik. Belə ki, əvvəlcə Filter menyusuna daxil olub Blur sətrini daha sonra isə açılan alt menyudan Motion Blur əmrini seçirik.Şəkilə yağış effektinin tətbiqiMotion Blur pəncərəsindəki parametrləri aşağıdakı qaydada müəyyən edək. Angle sahəsində 70 rəqəmini, Distance sahəsində isə 33 pixel yazaraq Ok düyməsini sıxırıq.Şəkilə yağış effektinin tətbiqiSonra isə Layer panelində rejimi dəyişmək lazımdır. Bunun üçün Normal rejimini Screen rejimi ilə əvəz edirik.Şəkilə yağış effektinin tətbiqiNəticədə yağış effektinin müəyyən hissəsi artıq şəklə tətbiq olundu.Şəkilə yağış effektinin tətbiqiİndi isə rəng rejimi ilə işləyək. Bunun üçün klaviaturada SHİFT+CTRL+L düyməsini sıxırıq. Sonra isə klaviaturada CTRL+L düyməsini sıxırıq. Açılan Levels adlanan pəncərədə rəng səviyyəsini tənzimləməliyik.Şəkilə yağış effektinin tətbiqiƏməliyyatın təsdiqi üçün Ok düyməsini sıxırıq. Sonra isə Layer panelində Yagis layerinin görünmə faizini dəyişmək lazımdır. Opacity faizini 64% edirik.Şəkilə yağış effektinin tətbiqi Beləliklə biz Photoshop proqramında şəkilə yağış effektinin tətbiqinə nail olduq.
Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, bu video dərsliyim Adobe Photoshop proqramını müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu video dərsimdə faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Video dərsliyə səs verin.Kanalıma abunə olun ki, bu video dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Оставить комментарий