Домой / Internet / Yandex Disk proqramının kompüterə quraşdırılması

Yandex Disk proqramının kompüterə quraşdırılması

Əziz oxucularım, gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Yandex.Diskə həsr olunmuş səkkizinci video dərsliyimdə salamlayıram. Bu gün ki, video dərsimizin əsas mövzusu «Yandex Disk proqramının kompüterə quraşdırılması » olacaq. Məlumdur ki, Yandex.Diskə daxil olduqdan sonra ekranın sağ tərəfində Скачать Диск для Windows adlanan bölməni görmüş olursunuz. Bu bölmə Yandex.Disk proqramının Windows əməliyyat sistemi üçün nəzərədə tutulmuş versiyasını internetdə kompüterimizə endirmək üçün nəzərdə tutulub.

Yandex Disk proqramının kompüterə quraşdırılması

Yandex Disk proqramının kompüterə quraşdırılması

Odur ki, bu video dərsimizdə biz müxtəlif əməliyyat sistemləri üçün Yandex.Disk proqramının interternetdən endirilməsi və kompüterə quraşdırılması ilə tanış olacağıq. Gəlin mövzumuzu uzatmayaq. Göstərilən Скачать Диск для Windows adlanan keçid üzərində siçanın sol düyməsini bir dəfə vuraq.

Yandex Disk proqramının kompüterə quraşdırılması

Beləliklə biz Yandex.Disk proqramı kompüterə köçürmək üçün növbəti səhifəyə daxil oluruq. Həmin səhifədə rus dilində istifadəçilərə təlimat xarakterli məlumat verilir. Məlumat deyilir ki, Yandex.Disk proqramının internetdən kompüterə yüklənməsi prosesi bir neçə saniyədən sonra avtomatik olaraq özü başlayacaq. Əgər başlamasa onda əməliyyatı yenidən təkrarlamalı olacağıq. Gördüyümüz kimi bir neçə saniyədən sonra Yandex.DiskYandex Disk proqramının kompüterə quraşdırılması proqramının yükləmək üçün nəzərdə tutulmuş faylı səyyahımızın yükləmə sahəsinə düşdü. Proqramın adı YandexDiskSetupRu.exe adlanır. Həmin fayl üzərində siçanın göstəricisini bir dəfə sıxmaqla proqramın yükləmə faylını işə salmış oluruq. Bunun üçün əməliyyat sisteminin proqram yükləmək üçün ənənəvi pəncərəsi açılır. Həmin pəncərədə verilən təlimata riayət etməklə proqramı internet vasitəsilə yükləməyə davam edirik. Proqramın kompüterə yüklənməsi internet sürətindən asılı olaraq aparılır. Sizdə internetin sürəti normaldırsa, Yandex Disk proqramının kompüterə quraşdırılmasıonda bu bir neçə dəqiqə vaxt almış olacaq. Bu proqramın mahiyyəti ondan ibarətdir ki, biz elektron poçtumuza daxil olmadan Yandex.Disk daxilində olan arxivlərimizdən çox rahatlıqla istifadə edə biləcəyik. Sadəcə bunun üçün internetin və həmin proqramın kompüterdə olması kifayət edir ki, proqramdan istifadə edək. Yandex.Disk proqramını yüklənib qurtardıqdan sonra növbəti bir pəncərə çıxır ki, həmin pəncərədə Yandex şirkətinin digər proqramları da istifadəçiyə təklif olunur. Biz həmin proqramlardan imtina edərək Готово düyməsi sıxırıq. Bundan sonra Настройка Яндекс Диска adlanan pəncərə meydan gəlir. Pəncərə Далее düyməsini vururuq.

Yandex Disk proqramının kompüterə quraşdırılması

Yandex Disk proqramının kompüterə quraşdırılması

Növbəti pəncərədə istifadəçinin məlumatları daxil edilir. Yəni elektron poçtunuza daxil olduğunuz Login və şifrəni bura yazırsınız. Sonra isə Войти düyməsi sıxılır. Daha sonra proqram açılır və bildirşlər sahəsində etiketi görsənir.  Yandex.Disk proqramı öz rəsmi saytına daxil olur və oradakı məlumatları sinxronlaşdıraraq kompüterimizə yerləşdirir.

Beləliklə biz «Yandex Disk proqramının kompüterə quraşdırılması » mövzusu ilə tanış olduq və öyrəndik. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu video dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Video dərsliyə səs verin. Kanalıma abunə olun ki, bu video dərsdən digər dostlarınızda yararlana bilsinlər.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Оставить комментарий