Домой / İKT xəbər / “Microsoft” yeni “Office” proqram paketi təqdim edib

“Microsoft” yeni “Office” proqram paketi təqdim edib

“Microsoft” şirkətinin icraçı direktoru Stiv Ballmer iyulun 16-da  San-Fransiskoda keçirilmiş mətbuat konfransında “Microsoft Office” proqram paketinin yeni versiyasını təqdim edib. Bu barədə “Röyters” xəbər agentliyi məlumat verib.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən  bildirir ki, yeni nəsil proqramın əsas xüsusiyyəti “Microsoft”-un  “SkyDrive” adlı “bulud” xidməti ilə inteqrasiyası olacaq. İstifadəçinin yaratdığı bütün sənədlər avtomatik olaraq "bulud"da saxlanılacaq və həmin sənədlərə internetə qoşulmuş istənilən qurğudan çıxış əldə etmək mümkün olacaq.

Yeni “Microsoft Office” ofis paketinin dizaynı “Windows 8” əməliyyat sisteminin (ƏS) dizaynına uyğun olaraq hazırlanıb. “Office”-in növbəti versiyası, həmçinin “Windows 7” ƏS-ni dəstəkləyəcək.

“Microsoft Office”-in tam versiyasının 2013-cü ilin əvvəlinə hazır olacağı gözlənilir.

Mənbə:“ICTnews.az”

Оставить комментарий