Домой / Internet / Yandex Diskdə qovluğun yaradılması

Yandex Diskdə qovluğun yaradılması

Əziz oxucularım, gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Yandex.Diskə həsr olunmuş üçüncü video dərsliyimdə salamlayıram. Əgər bu video dərsliyimə yeni baxırsınızsa çalışın ki, bundan əvvəlki video dərsliyimə baxasınız ki, bu üçüncü video dərsliyimdə mahiyyət etibarı ilə sizə maraqlı görünsün. Bu gün ki, video dərsimizin əsas mövzusu Yandex Diskdə qovluğun yaradılması olacaq. Bu əməliyyatın praktik mahiyyətinin nədən ibarət olduğu bu video dərsliyimdə öyrətməyə çalışacam.

Yandex Diskdə qovluğun yaradılması

Yandex Diskdə qovluğun yaradılması

Yandex Diskdə qovluğun yaradılması

Məlumdur ki, diskdə müəyyən bir yaddaş sahəsi olduğu üçün buraya müxtəlif tipli faylların əlavə olunması olduqca qatışıq bir vəziyyət yaradır. Sonradan fayllar üzərində hər hansı bir əməliyyat aparmaq istədikdə onu tapmaq istifadəçi üçün çətin olur. Odur ki, diskdə bütün məlumatlarınızı qovluq şəklində çeşidləmək və onlara ad vermək zərurəti yaranır. Ona görə də Yandex.Diskdə bu qovluğun yaradılması üçün xüsusi düymə mövcuddur.Yandex Diskdə qovluğun yaradılması Belə ki, bu düymə haqqında Yandex Disk interfeysi elementlərinin izahı mövzusunu şərh edərkən məlumat vermişdik. Bu video dərsliyimdə isə bu işin praktik mahiyyətini izah etməyə çalışacam. Bildiyimiz kimi Yandex Disk səhifəsindəki  Вид düymələrinin köməyilə diskdə olan faylların müxtəlif formalarda istifadəçiyə görünməsini təklif edir. İstənilən vaxtı bu görünüşü çox rahatlıqla dəyişmək olar. Qeyd etmək istəyirəm ki, Yandex Disk istifadəçiyə bir Musiqi qovluğunu və populyar olan şəkil və videonu sizin əvəzinizə özü diskə yükləyib. Bu onu göstərir ki, diskdə müxtəlif tipli faylları saxlamaq olar. Bu gün ki video dərsimizin mahiyyəti yeni qovluq yaratmaq olduğu üçünYandex Diskdə qovluğun yaradılması Yandex Disk səhifəsindəki  Создать новую папку düyməsini sıxırıq. Beləlik yeni qovluq yaranır. Pəncərənin sağ tərəfində qovluğun adının dəyişdirilməsi üçün istifadəçiyə imkan yaradılır. Bizim nümunəmizdə qovluğa Foto adını verilir. Beləliklə Yandex Disk səhifəsində Foto qovluğu yaranır. Yeni qovluğun yaradılması elə bir vaxt almır. Odur ki, məlumatlarınızı qovluq şəklində çeşidləsəz sonradan onları tapmaq və linklərini dostlarınızla bölüşmək asan olacaq. Bu gün ki video dərsimiz bura qədər.

Beləliklə biz Yandex Diskdə qovluğun yaradılması mövzusunu öyrəndik. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu video dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Video dərsliyimə səs verin. Kanalıma abunə olun ki, bu video dərsdən digər dostlarınız da yararlana bilsinlər.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Оставить комментарий