Домой / Power Point 2003 / Yeni slaydın əlavə edilməsi

Yeni slaydın əlavə edilməsi

Ekranda KTM sərlövhə slaydı yerləşir. Sərlövhə slaydının arxasına yeni bir slayd əlavə edək. Bunun üçün ilk növbədə Yerləşdirmək-İnsert-Вставка menyusuna daxil olub Yeni slayd-New slide-Создать слайд əmrini seçin və yaxud klaviaturada CTRL düyməsi sıxılı vəziyyətdə M hərfini basın. Beləliklə, yeni boş salyd yaradıldı. Bu əməliyyatı Standart alətlər lövhəsində olan Yeni slayd-New slide-Создать слайд düyməsinini vasitəsilə də yerinə yetirmək olar. Ekranın sağ küncündə 24 müxtəlif tərtibatlı maketləri yerləşir. Bu maketlərdə slayd şəkil, diaqram, işarələnmiş mətn kimi obyektlərin yerləşdirlməsi üçün obyekt sahələrinə bölünmüşdür. Istənilən slayd maketini seçin. Sonra Slayd başlanğıcı-Clickto add title-Заголовок слайда üzərində sol düyməni bir dəfə basın və “KTM-də keçirilən kursların siyahısı” sözlərini daxil edin. Click to add text-Подзаголовок слайда sahəsinə daxil edin:

  • Kompyüter
  • Xarici dil
  • Mühasibat

Indi isə slaydı yadda saxlayaq.

Bunun üçün Fayl-File-Файл menyusuna daxil olub, Hansı adla yadda saxlamalı-Save as-Сохранить как əmrini seçin. Açılmış Save As-Сохранение документа pəncərəsində Faylın adı-File name-Имя файла sahəsində fayla ad verin: KTM. Slyadı yadda saxlamaq üçün istınilən yaddaş mənbəsi seçilə bilər. Məsələn, Mənim sənədlərim-My Documents-Мой документы seçilir və pəncərədəki Yadda saxla-Save-Сохранить düyməsini seçin. Beləliklə, sənəd yadda saxlanıldı.

 Yeni slaydın yaradılmasının üsulları

Yeni slaydin elave edilmesi

Üsul 1

Yeni slaydin elave edilmesi

Üsul 2

CTRL+M

Üsul 3

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdı

Оставить комментарий