Домой / Word 2010 / Word 2010 proqramında mətnin yerdəyişməsi və surətinin çıxarılması

Word 2010 proqramında mətnin yerdəyişməsi və surətinin çıxarılması

Word 2010 proqramında mətnin yerdəyişməsi və surətinin çıxarılması

Mübadilə buferi

Əziz oxucularım gadirov.com saytının daimi ziyarətçiləri. Microsoft Word 2010 proqramına həsr olunmuş növbəti on beşinci video dərsliyimdə sizləri salamlayıram. Bu gün ki dərsimizin mövzusu Word 2010 proqramında mətnin yerdəyişməsi və surətinin çıxarılması olacaq. Hər şeydən əvvəl onu qeyd etmək istəyirəm ki, mətnin yerdəyişməsi və surətinin çıxarılması üçün ilk növbədə biz Главная lenti üzərinə bərkidilmiş Буфер обмена adlanan paneldən istifadə istifadə edəcəyik.

Word 2010 proqramında mətnin yerdəyişməsi və surətinin çıxarılması

Word 2010 proqramında mətnin yerdəyişməsi və surətinin çıxarılması

Вырезать düyməsi

Gəlin əvvəlcə mətnin yerdəyişməsi anlayışı ilə tanış olaq. Mətnin yerdəyişməsi üçün ilk növbədə hər hansı bir

Word 2010 proqramında mətnin yerdəyişməsi və surətinin çıxarılması

Вставить düyməsi

söz, mətnin fraqmenti, bütövlükdə sətr və ya abzas qeyd olunmalıdır. Bizim nümunəmizdə deyək ki, hər hansı bir söz olacaq. Əgər mətnin yerdəyişməsini aparmaq istəyiriksə, bu zaman biz sözü qeyd etməliyik. Sonra Буфер обмена adlanan paneldən Вырезать düyməsini vurduq. Beləliklə həmin söz kəsilərək Office mübadilə buferinə göndərildi. Kəsilmiş sözü digər bir sətrə yerləşdirmək üçün mövqe qeyd olunur və Буфер обмена adlanan

Word 2010 proqramında mətnin yerdəyişməsi və surətinin çıxarılması

CTRL+X

paneldə Вставить düyməsi sıxılır. Mətnin yerdəyişməsi üçün klaviatura düymələrindən də istifadə etmək

Word 2010 proqramında mətnin yerdəyişməsi və surətinin çıxarılması

CTRL+V

olar. Bunun üçün lazım olan söz və ya bütövlükdə abzas qeyd olunur. Klaviaturada CTRL düyməsi sıxılı vəziyyətdə X hərfi vurulur. Beləliklə qeyd olunmuş söz və ya abzas Office- nin mübadilə buferinə göndərilir. Kəsilmiş söz və ya abzası yeni mövqeyə yerləşdirmək üçün klaviaturada CTRL düyməsi sıxılı vəziyyətdə V hərfi vurulur. Gördüyümüz kimi mətnimiz yeni mövqeyə yerləşdirildi.

Mətnin surətinin çıxarılması anlayışı mətnin yerdəyişməsi kimi eynidir. Bu zaman mətn silinmir. Sadəcə yerləşdirilməsi üçün  Office-

Word 2010 proqramında mətnin yerdəyişməsi və surətinin çıxarılması

Копировать düyməsi

Word 2010 proqramında mətnin yerdəyişməsi və surətinin çıxarılması

CTRL+C

nin mübadilə buferinə göndərilir. Bu əməliyyatı gəlin tətbiq edək. Bunun üçün istənilən mətnimizi və ya sətrimizi qeyd edək sonra Буфер обмена adlanan paneldən Копировать  düyməsini vuraq. Gördüyümüz kimi surəti çıxardılmış mətndə heç bir dəyişiklik baş vermədi. Sadəcə mətnin surətinin bir nüsxəsi Office- nin mübadilə buferinə yazıldı. Surəti çıxardılmış mətni yerləşdirmək üçün Буфер обмена adlanan paneldə Вставить düyməsi sıxılır. Onu da qeyd edək ki, mətnin surətinin çıxardılması

Word 2010 proqramında mətnin yerdəyişməsi və surətinin çıxarılması

Вставить düyməsi

üçün klaviatura birləşmələri də mövcuddur. Bunun üçün lazım olan söz və ya bütövlükdə abzas qeyd olunur. Klaviaturada CTRL düyməsi sıxılı vəziyyətdə C hərfi vurulur. Beləliklə qeyd olunmuş söz və ya abzas Office- nin mübadilə buferinə göndərilir. Kəsilmiş söz və ya abzası yeni mövqeyə yerləşdirmək üçün klaviaturada CTRL düyməsi sıxılı vəziyyətdə V hərfi vurulur. Gördüyümüz kimi mətnimiz yeni mövqeyə yerləşdirildi.

Sonda bir müəllif kimi qeyd etmək  istəyirəm ki, bu video dərsliyim Microsoft Office Word 2010 proqramını müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər üçün nəzərdə tutulub.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Оставить комментарий