Yumşaq disk

Disketlər və yumşaq disklər [floppy disk; гибкий диск] getdikcə yavaş yavaş istifadədən çıxsa da, ola bilsin, hələ bir müddət onlarla işləniləcək.Doğrudur, indi daha etibarlı və daha da böyük tutumlu CD-R disklərinin qiymətinin yetərincə aşağı olması hər bir kompüter istifadəçisi üçün onlardan istifadəni əlçatan edir.Ancaq 1 Mbayt’lıq informasiyanı 600 Mbay’tlıq CD-R diskinə yazmaq psixoloji bir rahatsızlıq yaradır.
İlk disklər doğrudan da yumşaq idi onların eni 8 düym (1=düym 2.54 sm) idi.Sonrakı 5.25 düymlük disketlər də yumşaq idi.Ancaq onlarda sonra gələn 3.5 düymlük disketlər bərk plastik üzlüyə [disk jacket;оболочка диска ]salınsa da,onlara da ənənəyə uyğun olaraq yumşaq disklər deyilir.Hazırda kompüterlərdə tutumu 1.44 Mbayt olan 3.5 düymlük disketlərdə istifadə olunur.
Disketi tərkibində maqnit olan cihazlardan uzaq saxlayın.Telefon aparatı,radioqəbuledici və televizorun səs gücləndiriciləri,masaüstü ventilyatorlar,sancaqların və başqa kiçik metal əşyaların maqnit tutqacları belələrindəndir.
 
Mənbə:Kompüter bunu öyrənməyə nə var ki?

Оставить комментарий