Домой / Bakı Bulvarı / Milli Parkda Avropa zeytunu ağacı

Milli Parkda Avropa zeytunu ağacı

Milli Parkda Avropa zeytunu ağacı (Olea Europa Esem Plare )  2010-cu il fevral ayının 24-də əkilmişidir. Avropa zeytunu (Olea Europa Esem Plare ) ağacının vətəni Pistoliya, İtaliyadır. Avropa zeytunu (Olea Europa Esem Plare ) ağacı uzun ömürlü ağaclar sırasındadır. Milli Parkda Avropa zeytunu (Olea Europa Esem Plare ) ağacının yaşı 160 il göstərilib.Milli Parkda Avropa zeytunu ağacıBu ağacın hündürlüyü 14 metrə çatır. Bu cür Avropa zeytunu (Olea Europa Esem Plare ) ağaclarının ömrü 500 ilə qədərdir. Videodan da göründüyü kimi Milli Parkda olan bu tipli ağaclara xüsusi qulluq göstərilir. Ətrafı daimi yaşıllaşdırılır. Güllərlə dairəvi formada bəzədilib. Avropa zeytunu (Olea Europa Esem Plare ) ağacı haqqında onu deyə bilərəm ki, bu ağac zeytunkimilər fəsiləsinin zeytun ağacı cinsinə aid həmişəyaşıl subtropik ağac bitkisi sayılır.Milli Parkda Avropa zeytunu ağacı Avropa zeytunu (Olea Europa Esem Plare ) ağacı dünyanın bır sıra ölkələrində dekorativ ağac kimi becərilərək satılır.
Ümumiyyətlə qiymətli dərman bitkisi olan zeytunun hansı ölkədən yayılması haqqında iki fikir mövcuddur. Onlardan birinə görə müdriklik və zəhmət ilahəsi Afina Attikaya sahib olmaq üçün Poseydonla mübahisədə hirslənərək öz nizəsini qayaya sancmış və nizə möcüzəli ağaca çevrilmişdir. Göründüyü kimi, bu fikirdə Zeytunun vətəninin Yunanıstan olmasına işarə edilir. Digər fikrə görə isə Aralıq dənizi hövzəsi ölkələri — Suriya, «Cənubi Antaliya və s. zeytun bitkisinin vətəni hesab olunur. Bu mənbələrə əsasən zeytun buradan Kiçik Asiyaya,Yunanıstana, Misirə və s. yayılmışdır. Zeytun bitkisinin ömrü 300-400 ildir. Əlverişli şəraitdə 1000 il yaşaması məlumdur. 500-dən çox növü var.Milli Parkda Avropa zeytunu ağacı Hazırda Avropa zeytunu (Olea Europa Esem Plare ) ağacı dünyanın əksər tropik və subtropik iqlimə malik ölkələrində, o cümlədən Azərbaycanda becərilir. Sülh və xoşbəxtlik rəmzi hesab olunan bu qiymətli bitkinin Abşeronda plantasiyaları salınmışdır.Milli Parkda Avropa zeytunu ağacı Tibbi məqsədlə Avropa zeytununun (Olea Europa Esem Plare ) yarpaq (Folium oleae) və yetişmiş meyvələrindən alınmış yağından (Oleum olivarum) istifadə edilir. Zeytun meyvəsinin tərkibində piyli yağlar (40-60%), enzimlər, boyaq və acı maddələri, yarpaqlarında isə qlikozidlər, üzvi turşular, mannit, açı maddələr, flavonoidlər, taninlər və s. aşkar edilmişdir.

Milli Parkda Avropa zeytunu ağacı

Zeytun yağı — olein, linol, palmitin və stearin turşularının qliseridlərindən ibarət sarımtıl rəngli, duru, zəif xarakter iyə və xoş yağlılıq tamına malik yağdır. Tibbi, yeyinti və texniki zeytun yağlarına ayrılır. Tibbi zeytun yağı əsasən trioleindən ibarət, rəngsiz və şəffaf yağdır.Milli Parkda Avropa zeytunu ağacıOnun turşuluq ədədi 2-yə yaxın, yod ədədi isə 75-88-dir. Zeytun yağının texniki sortu sabunbişirmə sənayesində istifadə olunur. Yeyinti zeytun yağı isə orqanizm üçün çox faydalı olan qiymətli ərzaq məhsuludur.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Оставить комментарий