Ana səhifə / Xəbərlər / 8 №-li Bakı Peşə Liseyində 9 noyabr — Dövlət Bayrağı Günü qeyd olundu.

8 №-li Bakı Peşə Liseyində 9 noyabr — Dövlət Bayrağı Günü qeyd olundu.

Paylaşmaq!

Noyabrın  8-də  8 №-li Bakı Peşə Liseyində Dövlət Bayrağı Günü münasibəti ilə tədbir keçirilmişdir. Təşkil olunan tədbirdə liseyin məsul işçiləri, müəllim və usta kollektivi, tələbələr iştirak etmişdilər.

8 №-li Bakı Peşə Liseyində 9 noyabr — Dövlət Bayrağı Günü qeyd olundu.

Tədbiri açıq elan edən aparıcılar tədbir iştirakçılarını salamladılar. Bildirdilər ki, xalqımız tarix boyu çox ağır dövrlərdən keçməsinə baxmayaraq, bu gün öz yüksəlişinin ən uca zirvəsindədir. Təbii ki, bayrağımızın həmişə ən yüksəklərdə görünməsi dövlətimizin gücündən, artan nüfuzundan xəbər verir.8 №-li Bakı Peşə Liseyində 9 noyabr - Dövlət Bayrağı Günü qeyd olundu.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra söz 8 №-li Bakı Peşə Liseyinin  direktor əvəzi Turan Babaxanovaya verildi. Turan xanım müəllim-pedaqoji heyəti və tələbələri salamladı, onları bayram münasibətilə təbrik etdi. Bildirdi ki, müstəqil dövlətimizin, xalqımızın həyatında ən əlamətdar və şərəfli hadisə Dövlət Bayrağı Günüdür. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilmişdir. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət bayrağı elan etmişdir.Dövlət bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir. Azərbaycan siyasi və iqtisadi cəhətdən möhkəmləndikcə üçrəngli milli bayrağımız daha yüksəklərə ucalacaq, sancıldığı məkanların sayı daha da artacaq. Qoy daim zəfər soraqlı olsun üçrəngli bayrağımız!

Lisey rəhbərinin çıxışından sonra  söz Təlim-tərbiyə işləri üzrə direktor müavini Rəsmiyyə Cəfərovaya verildi. O da ilk növbədə müəllim-pedaqoji kollektivi, tələbələri salamladı, 9 noyabr — Dövlət Bayrağı Günü münasibəti ilə səmimi təbriklərini çatdırdı. Bildirdi ki, Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir. Dünyanın hansı guşəsində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı üçün müstəqil Azərbaycan Respublikasının üçrəngli dövlət bayrağı fəxr — fəxarət mənbəyidir.8 №-li Bakı Peşə Liseyində 9 noyabr - Dövlət Bayrağı Günü qeyd olundu.Sonra söz liseyin tarix müəllimi Elgün Kazımova verildi. O da öz çıxışında bildirdi ki, Respublikamızın dövlət bayrağı – müstəqil Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Dövlət bayrağımız üzərində səkkizguşəli ulduz və aypara təsvir edilmiş, mavi, qırmızı, yaşıl rəngli 3 zolaqdan ibarətdir. Bu rənglər xalqımıza və dövlətimizə aid olan üç mühüm cəhəti özündə birləşdirir. Mavi rəng türk soyumuzu, qırmızı rəng müasirliyimizi, yaşıl rəng isə müqəddəs İslam dinini ifadə edir. Bu gün Konstitusiya ilə müstəqil Azərbaycan Respublikasının dövlət rəmzlərindən biri sayılan üçrəngli bayrağımızın yaranma tarixi XIX əsrin əvvəllərinə təsadüf edir. Bu bayraq 1918 — 1920 — ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cumhuriyyəti dövründə yaradılmış milli dövlətçilik atributlarındandır. Azərbaycan Xalq Cumhuriyyəti Nazirlər Şurası 1918 — ci il noyabrın 9 — da hökumətin başçısı Fətəli xan Xoyskinin məruzəsi əsasında Azərbaycanın üçrəngli – mavi, qırmızı, yaşıl zolaqlı və üzərində ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsviri olan milli bayrağının təsdiq olunması haqqında qərar qəbul etmişdir. Milli bayrağımız ilk dəfə həmin gün Bakıda Azərbaycan Xalq Cumhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qaldırılmışdır. Lakin Azərbaycan Xalq Cumhuriyyətinin ömrü uzun olmadı, o, qonşu iri dövlətlərin məkrli planları nəticəsində 1920 — ci ildə süqut etdi. Xalq üçrəngli bayrağından məhrum edilsə də, ona olan sevgini ürəyində yaşatdı. Xalqın arzuları 70 il ötəndən sonra həyatda öz təsdiqini tapdı. Üçrəngli bayrağımız əvvəlcə qədim Naxçıvan torpağında qaldırıldı. 1990 — cı il noyabrın 17 — də üçrəngli bayrağımız ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Muxtar respublikanın dövlət bayrağı kimi təsdiqləndi.8 №-li Bakı Peşə Liseyində 9 noyabr - Dövlət Bayrağı Günü qeyd olundu.Sonra söz liseyin kitabxanaçısı Elxan Gülmalıyevə verildi. Bəli, hər bir xalqın tarix boyu əldə etdiyi ən müqəddəs nemət olan milli müstəqilliyinin real mahiyyəti və məzmunu onun dövlət rəmzlərində əksini tapır. Bayraq tarix boyu özünü özü kimi anlayan hər bir ailənin, hər bir tayfanın , hər bir qəbilənin , hər bir cəmiyyətin , xalqın, millətin özünü təqdim rəmzi olub. Ona görə bayrağa namus kimi, qeyrət kimi, qala kimi baxıblar əcdadlarımız. Gil lövhələrə yazı qazıyan ulularımız deyirdilər: “Enməz Bayraq”. Yenilməz bayraq gəzəridir, yaşarıdır, səmalarda yellənəndir. Bayrağı yenilməz edən millətin övladlarıdır. Bu gün münasibəti ilə bir daha xalqımızı təbrik edirəm.

Tədbir tələbələrin hazırladıqları kompozisiya, seir, musiqi nömrəsi ilə davam etdi.8 №-li Bakı Peşə Liseyində 9 noyabr - Dövlət Bayrağı Günü qeyd olundu.8 №-li Bakı Peşə Liseyində 9 noyabr - Dövlət Bayrağı Günü qeyd olundu.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

2 fevral-Azərbaycan Gənclər Gününü qeyd edir.

2 fevral-Azərbaycan Gənclər Gününü qeyd edir.

Yanvarın 31-də Qaradağ rayon Heydər Əliyev Mərkəzində Qaradağ rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 2 fevral-Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib. Bu münasibətlə 8 №-li Bakı Peşə Liseyinin müəllim və usta kollektivi, tələbələr iştirak etmişdilər.

Добавить комментарий