Ana səhifə / Xəbərlər (Səhifə 5)

Xəbərlər

Bankomat vasitəsilə ödəniş kartı olmayan şəxslərə vəsait göndərmək mümkün oldu

Kapital Bank yeni «Cash by Code» xidmətini istifadəçilərin ixtiyarına verib. Bu xidmət bankın ödəniş kart sahibləri üçün bankomat vasitəsilə ödəniş kartı olmayan şəxslərə vəsait göndərmək imkanı yaradır.  “İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə bankın yaydığı məlumatda deyilir. Məlumatda bildirilir ki, «Cash by Code» xidmətindən istifadə etmək üçün kart sahibi kartı bankomata daxil edir, menyuda “Cash by code” bölməsini …

Ətraflı

“Elektron əsrinə doğru addımlayaraq”

Məşhur “Rossiyskaya qazeta”nın 29 iyun nömrəsində “Azərbaycan haqqında “Elektron əsrə doğru addımlayaraq” sərlövhəli məqalə dərc olunub. Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi siyasətinin lokomotivi sayılan informasiya-telekommunikasiya sektorunda irimiqyaslı layihələr həyata keçirilir. Rabitə peyklərinin buraxılması, kosmik texnologiyaların inkişafı, Trans-Avrasiya İnformasiya Magistralının (TASİM) çəkilməsi, regional innovasiya sistemlərinin yaradılması ən mühüm istiqamətlər sırasında göstərilmişdir. Post-böhran dövründə İKT sektorunun inkişaf sürəti, demək olar, azalmamışdır: ölkədə “e-government” adlı …

Ətraflı

İnformasiya köşkləri 3 mindən çox əcnəbi turistə xidmət göstərib

Bakıda “Eurovision-2012” mahnı müsabiqəsinin keçirildiyi günlərdə Bakı Turizm İnformasiya Mərkəzinin Heydər Əliyev Beynəlxalq Aeroportunda, Bakı Dəmiryol Vağzalında, Bakı Beynəlxalq Avtovağzalında, Bakı Dəniz Vağzalının bərə terminalında fəaliyyət göstərən informasiya köşkləri vasitəsilə 3 min 538 nəfər əcnəbi turistə xidmət göstərilib. Bu barədə məlumat verən Bakı Turizm İnformasiya Mərkəzinin  direktor müavini Bəxtiyar Qılıncovun sözlərinə görə, bu köşklərə müraciət edən xarici turistlərə rus, ingilis …

Ətraflı

Rəqəmli fotoaparatların satış həcmi azalır

“Mintel Technology” şirkəti rəqəmli fotoaparat və videokameraların satışlarından qazanılan gəlirin azalmasını qeyd edib. “ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, tədqiqat Böyük Britaniyada aparılıb. Hesablamalara görə, 2011-ci ildə fotoaparat bazarının həcmi  təxminən 742 milyon avro təşkil edib.Bu, 2006-cı illə müqayisədə 29 faiz azdır. Proqnozlara görə, 2016-cı ilədək tələbat 649 milyon avroya qədər azalacaq. Videokamera seqmentində də eyni vəziyyət müşahidə …

Ətraflı

Sahibkarlar üçün xüsusi proqram təminatından istifadə mövzusunda distant təlim keçirilib

İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə "Sahibkarların maarifləndirilməsi məqsədi ilə investisiya layihələrinin hazırlanması üzrə xüsusi proqram təminatından istifadə" mövzusunda növbəti distant təlim keçirilib. Bakı Biznes Tədris Mərkəzinin əməkdaşları tərəfindən aparılan treninqdə Bakı şəhərində, Gəncə-Qazax, Lənkəran, Şəki-Zaqatala, Aran, Abşeron və digər iqtisadi rayonlarda iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlar və menecerlər iştirak edib. "ICTnews" elektron xəbər xidmətinə bu …

Ətraflı

“iPhone” smartfonu 5 yaşını qeyd edir

“iPhone” smartfonu — telefon bazarını mühüm dərəcədə dəyişdirmiş inqilabi qurğudur. 2007-ci il iyunun 29-da ABŞ-da yerli vaxtla saat 18:00-da satışa çıxarılıb. “ICTnews.az” elektron xəbər xidməti “ria.ru” saytına istinadən  bildirir ki, satışların başlanmasından sonrakı birinci gün ərzində təxminən 270 min ədəd “iPhone” smartfonu satılmışdı.   Qurğunun bazar üçün yeni, yalnız bir ölkədə və “AT&T” mobil operatoru tərəfindən satılmasını nəzərə alsaq, bu, yüksək …

Ətraflı

Yerli mobil operatorun dəstəyi ilə Bakı Musiqi Akademiyasını tələbələrinin Finlandiyaya səfəri başlayıb

24 iyun-4 iyul tarixlərində azərbaycanlı tələbələr üçün Finlandiyada Savonlinna Yay Məktəbi start götürüb. İlk dəfədir ki, bu nüfuzlu musiqi festivalında azərbaycanlı gənclər də iştirak edir. "Azercell Telekom" MMC-nin dəstəyi ilə Bakı Musiqi Akademiyasının iki tələbəsi — vokal üzrə təhsil alan Aytac Şıxəlizadə (2-ci kurs) və Nəzrin Zərbəliyeva (3-cü kurs)  Savonlinnadakı musiqi bayramına qatılıblar. Azərbaycanlı gənc musiqiçilər Savonlinna Musiqi Akademiyasının professoru …

Ətraflı

Yerli universitetdə onlayn seminar keçirilib

Bakı Biznes Universitetində (BBU) ABŞ Dövlət Departamentinin və Amerikanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə ingilis dili müəllimlərinin təkmilləşdirilməsi məqsədi ilə onlayn seminar keçirilib. BBU-dan verilən məlumata görə, seminarda bu ali təhsil müəssisəsinin ingilis dili müəllimləri iştirak edib və sonda onlara sertifikatlar təqdim olunub. Mənbə:İctnews.az

Ətraflı