Ana səhifə / Dizayn Modulu-2 kurs / Corel Draw X6 proqramında sadə fiqurların yaradılması

Corel Draw X6 proqramında sadə fiqurların yaradılması

Paylaşmaq!

Corel Draw X6 proqramında sadə fiqurların yaradılması bu gün ki, elektron və video dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Dizayn Proqramları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Corel Draw X6 proqramında sadə fiqurların yaradılması

Sadə obyektlərin yaradılması

Corel Draw X6 proqramında sadə fiqurların yaradılması

CorelDraw X6 proqramının alətlər panelinin aşağı sağ küncündə siçanın sol düyməsini davamlı olaraq sıxdıqda, paneldə olmayan alətlər haqqında kontekst menyu açılır. Əvvəlcə düzbucaqlı, kvadrat, dairə, ellips, kiçik həndəsi fiqurların yaradılması ilə tanış olaq.

Düzbucaqlı həndəsi fiqurunun yaradılması üçün hansı əməliyyat icra olunur?

Corel Draw X6 proqramında sadə fiqurların yaradılmasıBunun üçün proqramının sağ küncündə yerləşən Rectangle (Прямоугольник) alətindən istifadə olunur. Bu alət ilə düzbucaqlı, kvadrat, həmçinin dəyirmi küncə malik düzbucaqlıya oxşar fiqurlar çəkmək olar.

Rectangle (Прямоугольник) alətinin iş prinsipi necədir?

Alətlər panelində Rectangle (Прямоугольник) alətini seçirik. Corel Draw X6 proqramında sadə fiqurların yaradılmasıSiçanın göstəricisini işçi sahədə yerləşdirdikdə, aşağıdakı görkəmini alır.Corel Draw X6 proqramında sadə fiqurların yaradılması

Siçanın sol düyməsini sıxılı saxlayaraq göstəricisini diaqonal üzrə yerləşdirək. İşçi sahədə diaqonal üzrə ölçüsünü təyin etdiyimiz düzbucaqlı alınacaq. Siçanın sol düyməsindən əlimizi çəkən zaman düzbucaqlı çəkilmiş olacaq.Corel Draw X6 proqramında sadə fiqurların yaradılması

Kvadrat çəkmək istədikdə hansı düymə sıxılmalıdır?

Corel Draw X6 proqramında sadə fiqurların yaradılması

Kvadrat çəkmək istədikdə isə bu əməliyyatı Ctrl sıxılı olduğu halda aparmaq lazımdır. Əgər bu zaman Shift sıxılı olarsa, fiqurun dartılaraq çəkilməsi küncdən deyil, mərkəzdən olacaq.

Düzbucaqlı ya kvadratın kənarlarını dəyirmiləşdirmək üçün hansı paneldən istifadə olunur?

Düzbucaqlı və ya kvadratın kənarlarını dəyirmiləşdirmək üçün xüsusiyyətlər panelində yerləşən elementlər qrupu vasitəsilə yerinə yetirmək mümkündür.Corel Draw X6 proqramında sadə fiqurların yaradılmasıCorel Draw X6 proqramında sadə fiqurların yaradılmasıBurada kilidləmə düyməsi və küncü dəyirmiləşdirmək üçün radiusun qeyd olunduğu dörd ədəd sahə var. Əgər sıxılı olarsa, dörd sahədən hər hansı birində edilən dəyişiklik hamısında əks olunaraq, bütün küncləri eyni zamanda və bərabər formada dəyirmiləşdirəcək. Ona görə bir küncü dəyirmi formaya salmaq lazım olduqda, bu düyməni deaktiv etmək lazımdır.

Ellips ya çevrə həndəsi fiqurunun yaradılması üçün hansı əməliyyat icra olunur?

Ellips və ya çevrə çəkmək üçün Ellipse Tool (Эллипс) alətindən istifadə edilir.Corel Draw X6 proqramında sadə fiqurların yaradılmasıBunun üçün həmin aləti seçəndən sonra siçanın sol  düyməsini sıxılı saxlamaqla ellipsi çəkmək olur. Bu zaman Ctrl sıxılı olduqda çevrə, Shift sıxılı olduqda isə fiqur mərkəzdən deyil, küncdən çəkiləcək.Corel Draw X6 proqramında sadə fiqurların yaradılması

Klaviatura vasitəsilə bu alətə müraciət üçün F7 düyməsi sıxılmalıdır.

Ellips çəkmək üçün hansı alətdən istifadə etmək olar?

Bundan əlavə ellips çəkmək üçün Ellipse Tool (Эллипс) alətinin altında yerləşən З-Роiпt Ellipse Tool (Эллипс через 3 точки) ilə çəkmək olar.Corel Draw X6 proqramında sadə fiqurların yaradılması

Beləliklə biz Corel Draw X6 proqramında sadə fiqurların yaradılması mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın.  Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Corel Draw X6 proqramında sənədin bağlanması və müraciət üsulları

Corel Draw X6 proqramında sənədin bağlanması və müraciət üsulları

Açılan proqram pəncərəsində yeni boş sənəd yaradırıq. Əgər faylın adı varsa,onda edilmiş dəyişikliyi yadda saxlamaqla bağlamaq olar. Mövcud faylı bağlmaq üçün Файл menyusuna daxil olub Закрыть sətrini seçirik.