E-mail haqqında ümumi məlumat

Paylaşmaq!

E-mail haqqında ümumi məlumat bu gün ki, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Şəbəkə və ümumi istifadə olan resurslar moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

E-mail haqqında ümumi məlumat

Elektron poçt nədir?

Hazırkı dövrdə insanlar arasında ən çox yayılmış ünsiyyət növüdür. Bu ünvan bir neçə saniyə ərzində internet şəbəkəsinin yerləşdiyi istənilən yerə nəinki mətn, veb-səhifə, hətta məktub halında olan istənilən faylı göndərməyə imkan verir.E-mail haqqında ümumi məlumat

İlk elektron poçt nə vaxt və kim tərəfindən yaradılıb?

1960-cı illərin sonlarında hərbi sistem üçün sistemlər inkişaf etdirməyə çalışan Rey Tomlinson ilk olaraq 1971-ci il oktyabr ayında iki kompüter arasında fayl mübadiləsini həyata keçirmişdir.

E-mail haqqında ümumi məlumat

Elektron poçtun adı poçtdan fərqi nədədir?

Elektron poçt müəyyən mənada adi poçtdan fərqlənir. Onların arasındakı başlıca fərq  çatdırma sürətidir. Adi məktubun ünvana çatmasına azı bir gün lazımdır. Elektron poçtla isə daha sürətlə çatır. Məsələn, avstraliyadan göndərilən elektron məlumat hətta rabitə xətləri həddindən çox yükləndikdə belə bizə cəmi bir neçə saata, adətən isə bir neçə saniyəyə gəlib çatır.E-mail haqqında ümumi məlumat

Hazırda istifadə etdiyimiz “Gmail”, “Yandeks.Poçta”, “Mail.ru”,  “Hotmail” “Outlook” kimi ən populyar elektron poçt servisləri “Google”, “Yandeks”, “Mail.ru” “Microsoft” şirkətləri tərəfindən işlənib hazırlanıb.E-mail haqqında ümumi məlumat

Beləliklə biz E-mail haqqında ümumi məlumat mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın.Mövzunu sosial şəbəkələrin birində paylaşın.  Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Оставить комментарий