Ana səhifə / Elektron dərsliklər / Elektron dərsliklər haqqında

Elektron dərsliklər haqqında

Paylaşmaq!

Məlumdur ki,kompüter istifadəçilərinə ünvanlanan rus və digər dillərdə kifayət qədər ədəbiyyat vardır.Adətən bu kitabların çoxlarının səhifəsi 200-500 səhifədən ibarət olur və hər bir kitab kompüter sisteminə həsr olunur.Müəlliflər bu kitablarda həmin sistemin bütün çalarlarını açıqlamağa çalışırlar.Bu incəliklərin heç də hamısı kompüteri öyrənənlərə və yeni başlayanlara ilk mərhələdə lazım olmur.Əksinə,çox vaxt istifadəçi,eləcədə oxucu bu xırdalıqların hansının vacib,hansının lazımsız olduğunu müəyyən edə bilmir.Beləliklə onları mənimsəməyə çətinlik çəkir.Nəticədə isə qısa müddət ərzində belə bir ədəbiyyat əsasında kompüterdən istifadəni öyrənə bilmir.

Başqa bir problem dil və maddi imkansızlıq.Bütün bunları nəzərə alıb bu gündən etibarən saytımızda Elektron dərsliklər adlanan bölməni yaratdıq.Məqsədimiz bu sahə üzrə yazılmış Azərbaycanlı və digər müəlliflərin müxtəlif illərdə nəşr olunan kitablarından seçilmiş mövzuları sizlərə təqdim etməkdir.

Ümid edirəm ki,kompüter istifadəçilərinə təqdim olunan bu sayt müəyyən qədər çətinlikləri aradan qaldıracaq.Bu işdə zəhməti keçən hər bir tələbəmə əvvəlcədən dərin təşəkkürümü bildirirəm.

Müəllif: Şaiq Qədirov


Həmçinin baxın

İnternetdən köçürülmüş lazımsız faylların Ccleaner proqramı ilə silinməsi

Salam əziz oxucularım, gadirov.com saytının daimi ziyarətçiləri. Xoş gördük sizləri. Artıq məqalənin başlığından göründüyü kimi …

Добавить комментарий