Ana səhifə / Şəbəkə və ümumi istifadədə olan resurslar / Elektron poçtla rəqəmsal məzmunun göndərilməsi

Elektron poçtla rəqəmsal məzmunun göndərilməsi

Paylaşmaq!

Elektron poçtla rəqəmsal məzmunun göndərilməsi bu gün ki, elektron və video dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Şəbəkə və ümumi istifadə olan resurslar moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Elektron poçtla rəqəmsal məzmunun göndərilməsi

Rəqəmsal məzmun nədir?

Elektron poçtla rəqəmsal məzmunun göndərilməsiİnformasiya təbiətdə siqnallar şəklində ötürülür və iki tipə ayrılır: analoq rəqəmli. İnsanlar öz duyğu üzvlərinə görə analoq, kompüterlər isə rəqəmli informasiyanın köməyilə fəaliyyət göstərir. Rəqəmli informasiya diskretdir, belə ki, səs, rəngformaların sonsuz müxtəlifliyinin təsviri üçün ədədlərin müəyyən və sonlu sayından istifadə edilir.

E-mail adi poçt ilə hansı cəhətlərinə görə oxşardır?

Elektron poçtla rəqəmsal məzmunun göndərilməsiPrinsipcə, bu elektron poçt sistemi ən adi poçt kimi işləyir. Siz məktub yazırsınız, onu xüsusi zərf”ə qoyursunuz, alan şəxsin ünvanınıöz ünvanınızı yazırsınız, göndərmə düyməsini basırsınız və sizin məktubunuz ünvan sahibinin elektron poçtunun qutusuna düşür.

Elektron poçt ünvanı neçə hissədən ibarətdir?

Elektron poçtla rəqəmsal məzmunun göndərilməsiElektron poçt ünvanı istifadəçi adından, @(əd-doq) işarəsi və saytın ünvanından ibarətdir. Məs: bilik@rambler.ru, kitab@mail.ru və s.

İnformasiyanın elektron poçtla göndərilməsi hansı ardıcıllıqla icra olunur?

Addım 1

Elektron poçtunuzu yaratdığınız sayta daxil olun. (məs: gmail.com saytına daxil olaq). İstifadəçi adımızı və şifrəmizi daxil edirik.Elektron poçtla rəqəmsal məzmunun göndərilməsi

Addım 2

Açılmış pəncərədən compose (Написатьyazmaq) seçilir.Elektron poçtla rəqəmsal məzmunun göndərilməsi

Addım 3

Növbəti açılmış pəncərədə məktub göndərəcəyiniz şəxsin E-mail ünvanıməktubun mövzusunun adı daxil edilir. Göndər (Отправить) düyməsi sıxılır.Elektron poçtla rəqəmsal məzmunun göndərilməsi

Elektron poçtla məktub ona birləşmiş faylı necə göndərmək olar?

Məktub yazmaq üçün boş sahədə kursoru klik etmək və klaviaturadan mətni daxil etmək lazımdır. Fayl qoşmaq üçün fayl əlavə et işarəsi seçilir”.Elektron poçtla rəqəmsal məzmunun göndərilməsi

Beləliklə biz Elektron poçtla rəqəmsal məzmunun göndərilməsi mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın.Mövzunu sosial şəbəkələrin birində paylaşın.  Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Elektron hökumət portalında qeydiyyat

Elektron hökumət portalında qeydiyyat

Portala giriş üçün kod və şifrə səhifəsi açılacaq. Sistemə giriş üçün tələb olunacaq istifadəçi adınızı və şifrənizi daxil edin