Ana səhifə / İKT xəbər / Emosiyalar barədə maraqlı faktlar aşkar olunub

Emosiyalar barədə maraqlı faktlar aşkar olunub

Paylaşmaq!

Çarlz Darvin elm xatirinə dostlarını şoka salmağı xoşlayırdı. "Wired Magazine" yazır ki, 1868-ci ildə onun evinə gələn qonaqlara alim bir meçə şəkil göstərdi. Həmin şəkillərdə üzlərinə elektrik cərəyanlı naqillər basılan kişilər əks olunmuşdu. Bundan sonra Darvin qonaqlarından xahiş edirdi ki, həmin kişilərin emosiyalarını şərh etsinlər – onlar şaddırlar, qəmgindirdlər yoxsa əsəbidirlər? Sorğuda iştirak edənlər özləri də bilmədən təcrübənin bir hissəsinə çevirilirdilər. Belə eksperimentlərlə Darvin universal emosiyaların mövcud olub-olmadığını müəyyən etmək istəyirdi. Yəni bəlli olduğu kimi, eyni hissi müxtəlif mədəniyyətin daşıyıcıları fərqli ifadə edirlər. Məsələn bir xalqda təbəssüm sevinci ifadə edirsə, başqasında kədəri. Darvin isə hansı emosiyaların hamı tərəfindən eyni ifadə olunduğunu öyrənməyə çalışırdı.
Nəticədə, alim “İnsan və heyvanlarda emosiyaların ifadəsi barədə” kitab nəşr etdirdi. Şübhəsiz ki, bu əsər maraqlı olsa da, onu həqiqi elmin bariz nümunəsi adlandırmaq çətindir. Viktorian İngiltərəsində iri miqyaslı təhqiqatlar aparmaq üçün kifayət qədər material, nəzarətçi qrupu, təcrübəlik insanlar yox idi. Darvinin cəmi-cümlətana 24 təcrübəlik insanı var idi.
Hazrıda Kembric Universiteti Darvinin insanlar üzərində apardığı təcrübələri bərpa etmək istəyir, lakin on-line rejimdə. Bunun üçün fransız fizioloqu bencamin Düşenin çəkdiyi şəkillərə müraciət edirlər (həmin şəkilləri Darvi qonaqlarına göstərirdi). Layihənin gələcəyi barədə hələlik bir söz demək mümkün olmasa da, Darvinin nəzərdən qaçırdığı bir nüans üzə çıxdı. Beləki, heç demə tarixin müxtəlif dövrlərində emosiyaların ifadə edilməsi üçün fərqli söz və mimikadan istifadə olunub. Məsələn, əgər XIX əsrdə Darvinin qonaqları təcrübəlik kişilərin şəkillərində “sərtlik” görürdülərsə, indiki respondentlər – “darıxma”. Heç demə XIX əsrdə ingilislər darıxmanı sərtlik adlandırırdılar. Məlum olub ki, emosiyalar mədəniyyətdən mədəniyyətə fərqlənməklə yanaşı tarixi dönəmdən tarixi dönəmə də fərqlənirlər. Hətaa demək olar ki, emosiyalar da təkamül edirlər. 

Həmçinin baxın

1 dəqiqənin önəmi

Bəzi insanlar üçün 1 dəqiqənin elə də önəmi yoxdur. Bəzi adamlar üçün isə 1 dəqiqə …

Добавить комментарий