Ana səhifə / İKT xəbər / “Google”-un əməkdaşları komediyada epizodik rollarda çəkiliblər

“Google”-un əməkdaşları komediyada epizodik rollarda çəkiliblər

Paylaşmaq!

epizodik rollar“Google” şirkətinin əməkdaşları «Təcrübəçi» («The Internship») komediyasında epizodik rollar da çəkiliblər.
Gadirov.com elektron xəbər xidməti “ICTnews.az” saytına istinadən  bildirir ki, filmin əsas qəhrəmanları iki dostdur (Vins Von və Ouen Uilson). Süjetə əsasən, hər ikisini işdən çıxarırlar, bundan sonra onlar hər ikisi Silikon vadisində yerləşən İT şirkətdə təcrübə keçməyə başlayırlar. Filmdə müəssisə prototiplərindən biri məhz “Google” şirkəti olub.

“Google” rəhbərliyi film yaradıcılarına çəkilişləri şirkətin Kaliforniya ştatının Mauntin-Vyu şəhərində yerləşən qərargahında aparmağa icazə verib. Məhz bu zaman “Google”-un əməkdaşları epizodik rollarda çəkiliblər.

Qeyd edək ki, filmin rejissoru Şon Levidir.

Həmçinin baxın

1 dəqiqənin önəmi

Bəzi insanlar üçün 1 dəqiqənin elə də önəmi yoxdur. Bəzi adamlar üçün isə 1 dəqiqə …

Добавить комментарий