Ana səhifə / Elektron dərsliklər / Fərdi kompüterin iş prinsipi

Fərdi kompüterin iş prinsipi

Paylaşmaq!

 

Kompüterin işini ümumi şəkildə belə təsvir etmək olar: əvvəlcə hər hansı bir xarici qurğudan istifadə etməklə, məsələn, klaviatur vasitəsilə kompüterin yaddaşına proqram daxil edilir. Kompüterin idarəedici qurğusu proqramın birinci əmri yerləşən yaddaşın oyuğundan bu əmri oxuyub , onun yerinə yetirilməsinə təmin edir . Bu əmr isə cəbri və ya məntiqi əməliyyatların yerinə yetirilməsi üçün verilənlərin yaddaşa yazılması, verilənlərin xarici qurğudan yaddaşa verilməsi kimi işləri təmin edə bilər. Adətən , bir əmr yerinə yetirildikdən sonra idarəedici qurğu yaddaşın bu oyuğundan sonra gələn oyuqlardakı əmri yerinə yetirməyə başlayır. Bu qayda yalnız idarəetmənin keçid əmrlərilə dəyişdirilə bilər. Əmrlər idarəetmənin qurğuya proqramın yerinə yetirilməsi, yaddaşın hər hansı başqa bir oyuğunda yerləşən əmrdən başlayaraq davam etdirilməsi haqqında göstəriş verə bilər.
Beləliklə ,idarəedici qurğu proqramın göstərişlərini insanın köməyi olmadan avtomatik yerinə yetirir. O, kompüterin fəal ( operativ ) yaddaşı və xarici qurğuları ilə əlaqə saxlayıb, onlardan informasiya alıb, informasiya verə bilər. Yerinə yetirilmiş proqramın bütün nəticələri idarəedici qurğu tərəfindən xarici qurğulara verilir və bundan sonra kompüter xarici qurğulardan yeni əmrləri gözləmə rejiminə keçir.
.
Mənbə:İnformatika dərsliyi

Həmçinin baxın

İnternetdən köçürülmüş lazımsız faylların Ccleaner proqramı ilə silinməsi

İnternetdən köçürülmüş lazımsız faylların Ccleaner proqramı ilə silinməsi

Məlumdur ki, biz internetdə gəzişərkən bizim istifadə etdiyimiz səyyah ( brouzer) internet səhifələrində olan bir sıra şəkilləri, keçidləri və sair bu kimi vasitələri, həmçinin səhifələrdə istifadə etdiyimiz login və parolları özündə saxlayır. Bütün bunlar sonradan kompüter üçün nəzərə çarpacaq  elə bir yükə çevrilir ki, ondan yaxa qurtarmaq üçün Ccleaner proqramı köməyimizə çatır. Bu lazımsız faylların kompüterdə qalması sərt diskin həcminin günü-gündən azalmasına gətirib çıxardır.

Добавить комментарий