Ana səhifə / Bakı Bulvarı / Bulvarda gəmi gəzintisi

Bulvarda gəmi gəzintisi

Paylaşmaq!

Bulvarda gəmi gəzintisiTürkiyənin İstanbul şəhərində hazırlanan gəmi bulvar ərazisindəki ən nəhəng gəmidir. Bulvar idarəsinə məxsus sayca 3-cü olan bu gəmi elə 3 mərtəbədən də ibarətdir. Gəminin eni 11, uzunluğu 47 metrdir. Gəmidə sərnişinlərin tam təhlükəsiz daşınması üçün bütün lazımı tədbirlər görülüb. Gəmi hər hansı bir bədbəxt hadisə baş verərsə sərnişinlərin təhlükəsizliyi üçün xilasedici geyimlərlə, eləcə də yanğından mühafizə sistemi ilə təchiz olunub.
Mirvari adlı gəmi ən muasir avadanlıqlarla təchiz olunub, gəmidə sərnişinlərin rahatlığı üçün hər cür şərait yaradılıb.
Gəminin içində fast food adlanan şöbə var ki, burada yüngül tez hazırlanan yeməklər və sərnişinlərə müxtəlif sərinləşdirici içkilərlə də xidmət göstərilir. Qiymətlərsə münasibdir yəni 3 manatdır.
Amma 5 yaşına qədər uşaqların bu gəmi ilə gəzintisi onlara pulsuz başa gəlir.

Bulvarda gəmi gəzintisi

[youtube]ihxU2PCFXeU[/youtube]

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Milli Parkda Avropa zeytunu ağacı

Milli Parkda Avropa zeytunu ağacı

Milli Parkda Avropa zeytunu ağacı (Olea Europa Esem Plare )  2010-cu il fevral ayının 24-də əkilmişidir. …

Добавить комментарий