Ana səhifə / Elektron dərsliklər / Görmə sirrinin aşkar edilməsi

Görmə sirrinin aşkar edilməsi

Paylaşmaq!

Frenk Rozenblat 1958-ci ildə perseptronu təklif etdikdən sonra intellekt mütəxəsisləri çalışırdılar ki, mürəkkəb görmə prosesini kompüterə də öyrətsinlər. Bu maşınlar dəyişmiş xarici şəraitdə belə nəinki əşyaları görmək, həm də onları tapmaq bacarığına, yəni gördüklərini başa düşmək “istedad”ına da malik olmalıdır.Adamlar bunun öhdəsindən asanlıqla gəlirlər; onlar tanış olduqları əşyaları müxtəlif məsafələrdən tanıyırlar.

Bu bölmədə maşın görməsinin əsas aspektini-obrazları tanımaq aspektini nəzərdən keçirəcəyik. Tanımaq qabiliyyətli maşınlarımız olsaydı, onlara istehsalatda texniki nəzarəti və çeşidləməyi tapşırmaq olardı.Onlar həm də sünü peyklərin göndərdikləri təsvirləri interpretasiya edə bilər, hava və kənd təsarrüfatı sahələrinin vəziyyəti haqda məlumat verə bilərdilər.

Hər hansı bir maşın görmə sistemi təsviri formalaşdırmağa, təhlil və interpretasiya etməyi bacarmalıdır.Təsvirin formalaşdırılması məsələsi çox asan həll olunur: komputer üçölçülü dünyanın hər hansı bir obyektinin səthindəki müxtəlif nöqtələrdən əks olunmuş işığın gücünün ölçülməsinin nəticələrini  sistemin gözündən [telekamerasından] qəbul edir.Halbuki kompüter heç bir çətinlik çəkmədən aldığı məlumatı təsvirə çevirə bilər və ekran onu göstərə bilər,lakin bu,əşyanı tanımaq işində heç bir irəliləyiş verməz. Maşın obyektin rəngi,forması,səthi kimi xüsusiyyətlərini müəyyənləşdirərək yaddaşdakı informasiya ilə müqayisə edir.Maşın görməsində müqayisə ən mühüm ünsürdur.

Mənbə:Uşaq ensiklopediyası

Həmçinin baxın

İnternetdən köçürülmüş lazımsız faylların Ccleaner proqramı ilə silinməsi

İnternetdən köçürülmüş lazımsız faylların Ccleaner proqramı ilə silinməsi

Məlumdur ki, biz internetdə gəzişərkən bizim istifadə etdiyimiz səyyah ( brouzer) internet səhifələrində olan bir sıra şəkilləri, keçidləri və sair bu kimi vasitələri, həmçinin səhifələrdə istifadə etdiyimiz login və parolları özündə saxlayır. Bütün bunlar sonradan kompüter üçün nəzərə çarpacaq  elə bir yükə çevrilir ki, ondan yaxa qurtarmaq üçün Ccleaner proqramı köməyimizə çatır. Bu lazımsız faylların kompüterdə qalması sərt diskin həcminin günü-gündən azalmasına gətirib çıxardır.

Добавить комментарий