Halqa topologiyası

Paylaşmaq!

Halqa topologiyası bu gün ki, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Kompüter Texnologiyasının Əsasları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Halqa topologiyası

«Halqa» topologiyası vaxtı kompüterlər halqaya oxşar bağlanmış kabelə qoşulur. Bu cür qoşulmada kabel biri digər ilə  terminator avadanlığı ilə bağlanır. Siqnallar bir istiqamətdə həlqə üzrə ötürülür. Məlumatı ötürən kompüter markeri dəyişdirərək məlumatları elektron ünvanı yerləşdirir və onları halqa üzrə yollayır. Məlumatlar həlqə üzrə hər kompüterdən keçirlər. Hansı ünvana uyğun məlumat göndərilibsə, onda həmin kompüter məlumatı qəbul edir. Hər bir kompüter yalnız qonşu kompüterlə birbaşa bağlıdır. Hər bir kompüterin məlumat göndərə bilməsi üçün ona müəyyən vaxt verilir.Halqa topologiyasıHalqa topologiyası lokal şəbəkələrdə hər bir kompüter (işçi stansiya) bir-biri ilə halqavari şəkildə, yəni birinci kompüter ikinci ilə, ikinci kompüter üçüncü ilə, üçüncü kompüter dördüncü kompüter ilə və s., sonuncu kompüter isə birinci kompüterlə birləşdirilir. Nəticədə halqavari topologiya əldə edilir.

Halqa topologiyası lokal şəbəkələrin əsas çatışmayan cəhəti odur ki, hər bir kompüter informasiyanın ötürülməsində iştirak edir. Buna görə də hər hansı bir kompüterin və ya şəbəkə adapterinin sıradan çıxması şəbəkənin işini poza bilər.Halqa topologiyasıBeləliklə biz Halqa topologiyası mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın.  Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Elektron hökumət portalında qeydiyyat

Elektron hökumət portalında qeydiyyat

Portala giriş üçün kod və şifrə səhifəsi açılacaq. Sistemə giriş üçün tələb olunacaq istifadəçi adınızı və şifrənizi daxil edin

Добавить комментарий