İlk sərt disk

Paylaşmaq!

1956 ilinin 13 sentyabrinda İBM şirkəti ilk  sərt maqnit diskini təqdim etdi. İri dolab formasında olan bu disk hər birinin diametri 24 düym (60 sm- dən yuxarı) olan 50 lövhədən ibarət idi. RAMAC (Random Access Method of Acccounting and Control adını daşıyan bu disk IBM- in San-Xose şəhərindəki(sonralar bu Kaliforniya şəhəri Silikon vadisinin mərkəzinə çevrildi) laboratoriyasında işlənib hazırlanmışdır.

İlk sərtdisk iki soyuducu  ölcüsündə idi və onun çəkisi təxminən 1 ton idi. Bugünkü meyarlar baxımından gülünc görünən bu nəhəngin tutumu cəmisi  5 Mbayt (5 milyon simvol) idi. Belə ki, Disk  50 000 sektora ayrılmışdı və hər sektorda 100 simvol saxlamaq olurdu.

Mənbə:İnformatika dərsliyi

Həmçinin baxın

İnternetdən köçürülmüş lazımsız faylların Ccleaner proqramı ilə silinməsi

İnternetdən köçürülmüş lazımsız faylların Ccleaner proqramı ilə silinməsi

Məlumdur ki, biz internetdə gəzişərkən bizim istifadə etdiyimiz səyyah ( brouzer) internet səhifələrində olan bir sıra şəkilləri, keçidləri və sair bu kimi vasitələri, həmçinin səhifələrdə istifadə etdiyimiz login və parolları özündə saxlayır. Bütün bunlar sonradan kompüter üçün nəzərə çarpacaq  elə bir yükə çevrilir ki, ondan yaxa qurtarmaq üçün Ccleaner proqramı köməyimizə çatır. Bu lazımsız faylların kompüterdə qalması sərt diskin həcminin günü-gündən azalmasına gətirib çıxardır.

Добавить комментарий