Ana səhifə / Kompüter hissələri / Monitorun iş prinsipi haqqında

Monitorun iş prinsipi haqqında

Paylaşmaq!

Salam əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim xoş gördük sizləri. Bugünkü, video dərsimizin mövzusu Monitorun iş prinsipi haqqında olacaq.

Monitorun iş prinsipi haqqındaMonitorun iş prinsipi haqqında

Hal-hazırda ekranda monitorların müxtəlif təsvirlərini görürsünüz. Baxmayaraq ki, monitor kompüterin vacib qurğularındandır. Monitoru da kompüterin xarici qurğusu hesab etmək olar. Monitor verilənləri vizual şəkildə göstərmək üçün nəzərdə tutulub. Monitorları bir neçə üsulla növlərə bölmək olar.

İş prinsipinə görə monitorlar əsasən 3 növə bölünür:

CRT (Cathode Ray Tube) — elektron şüa borusu, böyük ölçülü monitorlar;

LCD (Liquid Crystal Display) — kristal maye ekranlı, yastı panelli monitorlar;

Plazma ekranlı monitorlar — xüsusi texnologiya ilə hazırlanan yastı, böyük ölçülü monitorlar.

Bu monitorların növləri haqqında ətraflı məlumat almağa çalışaq.

Elektron şüa borulu ( CRT – Cathode Ray Tube ) monitorlar.Monitorun iş prinsipi haqqında

CRT monitorların əsas elementi elektron şüa borusudur. Bu elektron şüa borulu televizorlarla eyni prinsipdə işləyir. Borunun içərisi lyuminofor adlanan materialla örtülüb və içərisində elektron dəstələri vardır. Lyuminofor qatı triadalardan təşkili olunub. Triadalar 3 nöqtədən ibarət elementlərdir. Bu üç nöqtə qırmızı (Red), yaşıl (Green)mavi (Blue) rəngi əks etdirən elementlərdir. Borunun dar ucunda elektron topu (elektronlar mənbəyi) yerləşir. Bunlar şüalar buraxır. Həmin şüalar triadaların üzərinə lazımi intensivlikdə düşərək lazımi rəngi verir. Məsələn, ağ rəngi vermək üçün RGB (255,255,255) olmalıdır, yəni qırmızı, yaşıl və mavi elementlər maksimum intensivliyə malik olur və ağ rəngi verir. Qara rəng üçün RGB (0,0,0). Beləliklə, hər pikselə bir triada uyğun gəlir və pikselin rəngi triadanın elementlərinə düşən intensivlikdən asılıdır.

LCD (Liquid Crystal Display) – Maye Kristallı Monitor.Monitorun iş prinsipi haqqında

Bu tipli monitorların ekranları adi elektron saatların, mobil telefonların və s. displeylərində olan ekranlarla eynidir. Bu ekran iki təbəqədən ibarətdir. Həmin təbəqələrin arasında sterjinşəkilli molekullar yəni maye kristallı qarışıqlar vardır. Kristallar işığı şəkildə göründüyü kimi polyarizatorlardan keçirirlər. Elektrik cərəyanı mayedən keçəndə kristalları bir istiqamətdə yönəldir. Nəticədə kristallar işığı polyarlaşdıran müstəvi qatları şəkildə göründüyü kimi döndərir. Nəticədə işıq buradan keçə bilmir və həmin hissə tünd rəngə boyanır. LCD ekranlarda cəmi 64 rəng çaları yaratmaq mümkündür, CRT ekranda isə 256. Hər pikseldə 3 element — qırmızı, yaşıl, göy (RGB) olarsa, hər element 64 rəng çaları yarada bilər. Nəticədə 64*64*64 = 262 144 rəng kombinasiyadan birini almaq olar. CRT ekranlarda isə 256*256*256 = 16 777 216 sayda olur. LCD ekranlarda təsviri insan gözünün rahat görməsi üçün parlaqlığı artırmaq üçün elementlər yerləşdirirlər (backlight).

Plazma ekranlı monitorlarMonitorun iş prinsipi haqqında

Plazma monitorların iş prinsipi digər monitorlardan az fərqlənir. Lakin plazma monitorların əsas üstünlüyü ondan ibarətdir ki, bu cür monitorlarda müxtəlif istiqamətlərdən görüntü əla keyfiyyətdə olur. Plazma ekranlı monitorlar — xüsusi texnologiya ilə hazırlanan yastı, böyük ölçülü monitorlar sayılır.

 

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Monitorlar və videoadapterlər haqqında

Monitorlar və videoadapterlər haqqında

Hal-hazırda biz müxtəlif firmaların istehsalı olan monitorları ekranımızda görürük. Ümumiyyətlə monitora belə bir tərif verək. Monitor simvollu və qrafik informasiyanı ekranda əks etdirmək üçün nəzərdə tutulan avadanlıqdır. Monitorlar televizora bənzəyir. Kompüterin başlıca çıxış qurğusudur. Ekran anlayışı isə dedikdə monitorun şüşədən olan nazik plastik qatla örtülmüş qabaq hissəsi nəzərdə tutulur.  Ekran verilənləri əks etdirməyə xidmət edir. Gördüyümüz kimi monitorla ekran arasında fərq böyükdür.

Добавить комментарий