Ana səhifə / Elektron dərsliklər / Kompüterin məntiqi quruluşu

Kompüterin məntiqi quruluşu

Paylaşmaq!

Kompüter,ona daxil edilən informasiyaları qəbul edib , “ başa düşməli ”, onları yadda saxlamalı, üzərində müxtəlif əməliyyatlar aparmalı və işinin nəticələrini çıxışa verməlidir. Başqa sözlə,kompüter informasiyanın emalının əsas mərhələlərini – daxiletmə , saxlama, çevirmə və çıxışı yerinə yetirməlidir . Bundan başqa , bütün bu proseslər idarə olunmalıdır .
Bu sxemə uyğun olaraq hər bir kompüteri məntiqi olaraq beş hissəyə ayırmaq olar :
Birincisi,siz kompüterdə hər hansı informasiyanı emal etmək istəyirsinizsə,onu kompüterə daxil etmək üçün bir yol olmalıdır.Demək hər bir kompüterdə informasiyanı daxiletmə (giriş) qurğusu var.
İkincisi, emal olunan informasiyanın nəticəsini almaq mümkün deyilsə , onu emal etməyə dəyməz. Demək, bütün kompüterlərdə emal olunmuş informasiyanın çıxışı qurğusu var.
Üçüncüsü, informasiyanı emal edən qurğunun özü – emaletmə qurğusu olmalıdır.
Dördüncüsü, informasiyanın ani emalı mümkün deyil. Ən azı, kompüter informasiya ilə işlədiyi müddətdə o, kompüterdə qalmalıdır. Buradan aydın olur ki, istənilən kompüterdə informasiyanı yadda saxlayan qurğu olmalıdır. İnformasiyanı saxlamaq üçün qurğunu zəruri edən daha bir səbəb var – kompüter nə edəcəyini bilməlidir; deməli,informasiyanın emal olunması ardıcıllığını müəyyənləşdirən göstərişlər hardasa saxlanmalıdır.
Nəhayət , beşincisi, bütün bu qurğuları idarə edən bir qurğu da – idarəetmə qurğusu olmalıdır. Qısası, hər bir kompüterdə informasiyanın daxiledilməsi və çıxarılması vasitələri, onun emal oluncaya qədər saxlanması üçün yer, emaletmə və idarəetmə qurğuları var.

Mənbə:Kompüter bunu öyrənməyə nə var ki!…

Həmçinin baxın

İnternetdən köçürülmüş lazımsız faylların Ccleaner proqramı ilə silinməsi

İnternetdən köçürülmüş lazımsız faylların Ccleaner proqramı ilə silinməsi

Məlumdur ki, biz internetdə gəzişərkən bizim istifadə etdiyimiz səyyah ( brouzer) internet səhifələrində olan bir sıra şəkilləri, keçidləri və sair bu kimi vasitələri, həmçinin səhifələrdə istifadə etdiyimiz login və parolları özündə saxlayır. Bütün bunlar sonradan kompüter üçün nəzərə çarpacaq  elə bir yükə çevrilir ki, ondan yaxa qurtarmaq üçün Ccleaner proqramı köməyimizə çatır. Bu lazımsız faylların kompüterdə qalması sərt diskin həcminin günü-gündən azalmasına gətirib çıxardır.

Добавить комментарий