Ana səhifə / Microsoft Office Publisher 2003 / Publisher 2003 proqramında mətn çərçivələri ilə iş

Publisher 2003 proqramında mətn çərçivələri ilə iş

Paylaşmaq!

Publisher 2003 proqramında mətn çərçivələri ilə iş

Microsoft Office Publisher 2003 proqramında mətn çərçivələri ilə iş bu gün ki, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Microsoft Office Publisher 2003 proqramına həsr olunmuş beşinci elektron dərsliyimdə salamlayıram. Microsoft Office Publisher 2003 proqramında xüsusi çərçivələrdən istifadə olunur. Bunlar həm mətn, həm də şəkil çərçivələri ola bilər. Bülletendə olan çərçivələrin hər hansı birini çıqqıldatmaqla siz başlığı, mətni, yaxud şəkli dəyişdirmək imkanı əldə edirsiniz. Müəyyən mətn çərçivəsində yerləşən mətni dəyişdirmək üçün siçanın göstəricisini həmin çərçivənin istənilən yerinə aparıb sol düyməni çıqqıldatmaq və seçdirilmiş mətnin əvəzinə öz mətninizi klaviaturadan daxil etmək lazımdır. Bülletenin şablonunda olan mətn yeni mətnlə əvəz olunacaq.Publisher 2003 proqramında mətn çərçivələri ilə iş
Bülletenin görüntüsünü dəyişmək üçün standart alətlər panelindən Miqyas düyməsini seçmək lazımdır.

Publisher 2003 proqramında mətn çərçivələri ilə iş

Əsas məqalə çərçivəsində verilmiş tövsiyələrlə tanış olun və bu mətn çərçivəsinin istənilən yerini çıqqıldadın. Tövsiyə xarakterli mətn seçdirilmiş olacaq və indi siz onu öz məqalənizin mətni ilə əvəz edə bilərsiniz. Eyni qayda ilə başqa mətn çərçivələrindəki mətnləri də dəyişmək olar.Publisher 2003 proqramında mətn çərçivələri ilə iş Mətn çərçivələrinin ölçülərini dəyişdirmək üçün mətn sahəsini bir dəfə çıqqıldadın və siçanın göstəricisini mətn çərçivəsinin perimetri boyunca yerləşən kiçik ağ tutacaqlardan birinin üzərinə aparın. Bu zaman göstərici öz formasını dəyişərək ikiistiqamətli ox şəklini alacaq. Siçanın sol düyməsini basıb saxlamaqla tutacağı dartın. Hərəkət istiqamətindən asılı olaraq çərçivənin ölçüləri böyüyəcək, yaxud da kiçiləcək. Bülletenin başqa səhifəsinə keçmək üçün proqram pəncərəsinin aşağı hissəsində yerləşən simgəsini çıqqıldadın.Publisher 2003 proqramında mətn çərçivələri ilə işBülletenin səhifələrini dəyişmək üçün səhifənin aşağısında yerləşmiş düymələrdən istifadə edirik. Əgər mətn cari çərçivəyə yerləşmirsə, o, avtomatik olaraq həmin çərçivəyə bitişik olan başqa çərçivəyə keçir. Bir-birinə birləşmiş mətn çərçivələri bir neçə səhifəyədək uzana və bir neçə sütundan ibarət ola bilər.

Beləliklə biz Publisher 2003 proqramında mətn çərçivələri ilə iş mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim Microsoft Office Publisher 2003 proqramını müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın.  Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Publisher 2003 proqramında dəvətnamələrin yaradılması

Publisher 2003 proqramında dəvətnamələrin yaradılması

Publisher 2003 proqramında dəvətnamələrin yaradılması Publisher 2003 proqramında dəvətnamələrin yaradılması bu gün ki, elektron dərsimizin …

Добавить комментарий