Ana səhifə / Microsoft Office Publisher 2003 / Publisher 2003 proqramında təqvimin yaradılması

Publisher 2003 proqramında təqvimin yaradılması

Paylaşmaq!

Publisher 2003 proqramında təqvimin yaradılması

Publisher 2003 proqramında təqvimin yaradılması bu gün ki, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Microsoft Office Publisher 2003 proqramına həsr olunmuş on ikinci elektron dərsliyimdə salamlayıram.

New Publication- Новая Публикация-Yeni nəşrlər tapşırıqlar panelində nəşr növləri siyahısından Publications for Print Публикация для печати-Çap üçün nəşrlər növünü, sonra isə Календари-Təqvimlər növünü seçin.Pəncərənin sağ hissəsində açılan təqvim nümunələrindən birini seçin və üzərinə çıqqıldadın.Publisher 2003 proqramında təqvimin yaradılması

Publisher 2003 proqramında təqvimin yaradılması

Publisher 2003 proqramında təqvimin yaradılmasıCalendar Options-Təqvimin parametrləri-Параметры календарь tapşırıqlar panelinin Orientation-Ориентация-İstiqamət bölümündə Portrait-Книжная (portret, kitab), yaxud Landscape-Албьомная (mənzərə, albom) variantını seçin. Месяц или год- Ay və ya il bölməsində təqvimdə ayın və ya ilin əks olunması variantı verilir. Bizim nümunədə il seçildiyi üçün yuxarıdakı təsvirdə təqvimin aylara bölündüyünü görürsünüz. Təqvimin sağ tərəfində verilən təsviri digər təsvirlə əvəz etmək olar. Bunun üçün verilmiş təsvirin üzərində siçanın sol düyməsini iki dəfə çıqqıldadın. Bu zaman proqramın sağ tərəfində yeni panel yaranacaq. Həmin paneldə lazım olan təsviri seçməklə dəyişmək olar.

Publisher 2003 proqramında təqvimin yaradılması üçün nümunə faylını buradan yükləyə bilərsiniz.

Beləliklə biz Publisher 2003 proqramında təqvimin yaradılması mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim Microsoft Office Publisher 2003 proqramını müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın.  Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Publisher 2003 proqramında dəvətnamələrin yaradılması

Publisher 2003 proqramında dəvətnamələrin yaradılması

Publisher 2003 proqramında dəvətnamələrin yaradılması Publisher 2003 proqramında dəvətnamələrin yaradılması bu gün ki, elektron dərsimizin …

Добавить комментарий