Ana səhifə / Bux saytlar / RuCaptcha bot proqramının yüklənməsi

RuCaptcha bot proqramının yüklənməsi

Paylaşmaq!

Salam əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. RuCaptcha saytına həsr olunmuş sayca üçüncü böyük video dərslikdə sizləri salamlayıram.Bu gün ki video dərsimizin mövzusu RuCaptcha bot proqramının yüklənməsi və proqramla iş olacaq.Əvvəlcə onu qeyd edim ki, RuCaptcha saytına həsr olunmuş iki böyük video dərsliyim artıq youtube kanalımda yayımlanmaqdadır. Bu video dərslikdən biri Rucaptcha saytı ilə pul qazanmaq (qeydiyyat qaydası), ikinci video dərsliyim isə Rucaptcha saytından pulun çıxarılması qaydasıdır. Bu video dərsliyim isə istər yeni başlayan istifadəçilər üçün istərsə də internetdə pulsuz vəsait qazanmaq istəyən istifadəçilər üçün düşünürəm ki, əhəmiyyətli olacaq.

RuCaptcha bot proqramının yüklənməsi

Odur ki, sayca üçüncü video dərsliyimi də məhz Rucaptcha saytına həsr elədim. Bu saytda olan müəyyən yenilikləri istifadəçilərimə bildirmək eləcədə yeni yaranan proqram haqqında məlumat vermək istəyirəm. İstifadə edəcəyimiz proqram RuCaptcha bot proqramı adlanır. Məlumat üçün bildirim ki, yeni qeydiyyatdan keçmiş istifadəçi bu saytdan pulun qazanılması üçün Старт düyməsini sıxmalıdır.RuCaptcha bot proqramının yüklənməsiBeləliklə qarşıya çıxan hər hansı bir şəkildəki mətni və ya rəqəmi mövcud sahəyə daxil etməklə Отправить düyməsini vurur.RuCaptcha bot proqramının yüklənməsiBundan sonra şəkilə görə ödənilmiş məbləğə əsasən pul qazanır. Dediklərim təkcə saytla deyil, eləcədə proqram vasitəsilə də yerinə yetirilə bilər. Bunun üçün RuCaptcha bot proqramının təlimat səhifəsinə keçid alaq. Bu saytın yaradıcı heyəti və istehsalçıları belə qərara gəldilər ki, istifadəçilərin işini asanlaşdırmaq və qazanılan məbləğin miqdarını artırmaq üçün belə bir proqram yaratsınlar. Saytda proqramın bir Windows ailəsinə məxsus olan əməliyyat sistemləri üçün inteqrasiya olunmuş versiyası mövcuddur. Hal-hazırda Windows 7,8,10 əməliyyat sistemləri üçün proqramın RuCaptcha 2.00 versiyası mövcuddur. Bu linkə klik etməklə həmin proqramın bu əməliyyat sistemləri üçün versiyasını əldə etmiş olacaqsınız.RuCaptcha bot proqramının yüklənməsiƏgər siz Windows XP əməliyyat sisteminin istifadəçisinizsə, onda proqramın RuCaptcha BOT XP bu əməliyyat sistemi üçün nəzərdə tutulmuş linkinə vurmaqla proqramı kompüterinizə yükləyə bilərsiniz. Bu yaxınlarda İOSAndroid platformalarını dəstəkləyən proqram versiyası çıxarılacaqdır. Bu da mobil telefon ilə internetdə çıxışı olan istifadəçilər üçün pul qazanmağa şərait yaradacaqdır. Bizim nümunəmizdə əməliyyat sistemimiz Windows 7 olduğundan biz proqramın məhz Windows 7 üçün nəzərdə tutulmuş yükləmə linkindən istifadə etməklə proqramı kompüterə yükləyəcəyik.RuCaptcha bot proqramının yüklənməsiBunun üçün siçanın sol düyməsi ilə link üzərində bir dəfə vurulur. Proqramın həcmi 37.6 Mb-dır.RuCaptcha bot proqramının yüklənməsiBir neçə dəqiqəyə proqram internetdən kompüterimizə endiriləcək. Beləliklə RuCaptcha bot proqramının Setup faylı müvəffəqiyyətlə kompüterimizə endirildi.RuCaptcha bot proqramının yüklənməsiİndi isə həmin proqramın kompüterə instalyasiya edilmasi qaydası ilə tanış olaq. Bunun üçün setup faylı üzərində siçan ilə bir dəfə klik olunur. Hər bir proqramın quraşdırılması zamanı əməliyyat sisteminin ənənəvi xəbərdarlıq pəncərəsi çıxır.RuCaptcha bot proqramının yüklənməsiMövcud xəbərdarlığı oxuyub Запустить düyməsini vururuq. Proqramın iki dildə yüklənməsi üçün imkan verilir.RuCaptcha bot proqramının yüklənməsiBizim nümunədə Rus dilini seçməklə Ok düyməsini sıxırıq. Beləliklə proqramın kompüterə yüklənməsi üçün hazırlıq prosesi başlayır.RuCaptcha bot proqramının yüklənməsiProqramı kompüterə quraşdıran usta pəncərəsi meydana gəlir.RuCaptcha bot proqramının yüklənməsiƏməliyyatın davamı üçün Далее düyməsini vurmalıyıq. Növbəti pəncərədə isə Установить düyməsini sıxırıq.RuCaptcha bot proqramının yüklənməsiGördüyümüz kimi RuCaptcha bot kompüterə yüklənməsi prosesi başlayır. Yüklənmə prosesi bitdikdən sonra bu barədə pəncərə meydana gəlir.RuCaptcha bot proqramının yüklənməsiPəncərədəki Готово düyməsini sıxmaqla yükləmə prosesini tamamlamış oluruq. İndi isə həmin proqramı işə salaq. Bunun üçün səyyahımızın pəncərəsini tapşırıqlar panelinə bükürük.RuCaptcha bot proqramının yüklənməsiİş masamızda olan RuCaptcha bot proqramının sımgəsi üzərində iki dəfə klik edirik. Beləliklə proqramın əsas pəncərəsi meydana gəlir.RuCaptcha bot proqramının yüklənməsiBurada verilmiş sahələrə RuCaptcha saytından qeydiyyatdan keçən zaman yazdığınız elektron poçtun ünvanını (e-mail) və şifrənizi daxil edərək Авторизация düyməsini vururuq.RuCaptcha bot proqramının yüklənməsiBeləliklə proqramın əsas pəncərəsi meydana gəlir.RuCaptcha bot proqramının yüklənməsiSayt vasitəsilə qazandığınız balansı avtomatik olaraq proqramın sağ yuxarı küncündə görürsünüz. İndi isə proqramında işləmə prinsipi ilə tanış olaq.RuCaptcha bot proqramının yüklənməsiПолучать капчи adlanan sətrin qarşısında bir menyu vardır ki, bu menyudakı sətrlərdən birini seçməklə qarşıya çıxacaq kapçinin növünü müəyyən etmək olar. Bu barədə ətraflı video dərsdə deyilir. Biz nümunə olaraq Обычные капчи+ReCaptcha sətrini seçərək Старт düyməsini sıxırıq.RuCaptcha bot proqramının yüklənməsiBeləliklə bu proqram vasitəsilə kapçilərin tapılmasına start veririk. Əgər bu və ya digər səbəbdən kapçini sistemə daxil etməyə gecikdinizsə, onda sistem avtomatik olaraq prosesi dayandıraraq istifadəçinin akkaundunu gözləmə rejiminə keçirir.RuCaptcha bot proqramının yüklənməsiProsesi davam etdirmək üçün təkrar Старт düyməsini vurmaqla işə qaldığımız yerdən başlaya bilərik. Kapçinın yuxarısında verilən suala diqqət edək.RuCaptcha bot proqramının yüklənməsiBurada aşağıda verilmiş şəkillərdən hansının vitrin olduğunu tapmaq tələb olunur. Vitrinləri seçərək Подвердить düyməsini sıxırıq. Bəzən kapçilərin çıxma qaydası internetin birbaşa sürətindən asılı olur.RuCaptcha bot proqramının yüklənməsiƏgər sizin internet sürəti yetərincə deyilsə, o zaman belə bir mesajı almış olacaqsınız. Ok düyməsini sıxaraq kapçini yenədən daxil etməyə başlayırıq. Əgər söz Rus dilində verilirsə o zaman dil panelindəki mövcud dili Rus dilinə dəyişərək həmin sözü mövcud sahəyə daxil edərək Отправить (Enter) düyməsini vururuq.RuCaptcha bot proqramının yüklənməsiGördüyümüz kimi Получать капчи adlanan sətrində Обычные капчи+ReCaptcha seçimi olunarsa, onda həmin şəkil, həm də mətn formalı kapçilərin tapılması istifadəçiyə təklif olunacaq. Digər seçənəklərdən istifadə etməklə kapçilərin tapılmasını müstəqil sınaya bilərsiniz. Amma burada ən əlverişli seçim только ReCaptcha variantdır.RuCaptcha bot proqramının yüklənməsiÇünki bu cür kapçilərin tapılması üçün istifadəçiyə verilən məbləğ adi kapçilərin daxil edilməsi zamanı ödənilən məbləğdən dəfələrlə çoxdur.
Beləliklə biz RuCaptcha bot proqramının yüklənməsi mövzusu ilə tanış olduq.
Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, bu video dərsliyim internetdə pul qazanmaq istəyən yeni başlayan istifadəçilər üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu video dərsimdə faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Video dərsliyə səs verin. Kanalıma abunə olun ki, bu video dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

 Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Məktub oxumaqla pul qazanmaq

Məktub oxumaqla pul qazanmaq

İndi isə məktubun mətninə diqqət yetirək. Burada tapşırığın mətnində bizdən nə tələb olunur. Cavab olaraq biz hansı varinatı seçməliyik. Əgər sizin rus dili ilə bağlı probleminiz yoxdursa, rahat oxuyub anlaya bilirsinizsə, onda verilmiş suala uyğun cavabı asanlıqla tapa bilərsiniz. Başqa bir üsul həmin mətni tərcümə ilə məşğul olan saytların birində tərcümə etməklə tapmaq olar. Üçüncü üsul isə cavabın mətnin daxilində verilmiş rəqəmə uyğun olaraq tapılmasıdır.

Добавить комментарий