Ana səhifə / Adobe Fhotoshop / Şəkillərin ölçülərinin dəyişdirilməsi

Şəkillərin ölçülərinin dəyişdirilməsi

Paylaşmaq!

Şəkillərin ölçülərinin dəyişdirilməsi bu gün ki, elektron və video dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Dizayn Proqramları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Şəkillərin ölçülərinin dəyişdirilməsi

Şəkillərin ölçülərinin dəyişdirilməsi üçün aşağıdakı addımlar yerinə yetirilməlidir.

Addım 1. Ölçüsünü dəyişmək istədiyimiz şəkli proqrama çağırırıq.Şəkillərin ölçülərinin dəyişdirilməsi

Addım 2.

Şəklin dublikatını çıxarırıq. Bunun üçün Select Image > Duplicate  əmri seçilir. Sonra isə faylı yeni adla yadda saxlayırıq. File > Save AsŞəkillərin ölçülərinin dəyişdirilməsi

Addım 3. Menyunun Image bəndini sonra isə Image Size əmrini seçirik.Şəkillərin ölçülərinin dəyişdirilməsi

Addım 4.

Image Size pəncərəsində iki verilən görürük: Pixel Dimension и Document Size. Şəklin ölçüsünü dəyişmək üçün bizə yalnız Pixel Dimension verilənini dəyişmək tələb olunur.Şəkillərin ölçülərinin dəyişdirilməsi

Addım 5.

Şəkillərin ölçüsünü dəyişdikdən sonra təsdiq üçün OK düyməsi sıxılır.Şəkillərin ölçülərinin dəyişdirilməsi

Beləliklə biz Şəkillərin ölçülərinin dəyişdirilməsi mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın.  Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Corel Draw X6 proqramında sadə fiqurların yaradılması

Corel Draw X6 proqramında sadə fiqurların yaradılması

Bunun üçün proqramının sağ küncündə yerləşən Rectangle (Прямоугольник) alətindən istifadə olunur. Bu alət ilə düzbucaqlı, kvadrat, həmçinin dəyirmi küncə malik düzbucaqlıya oxşar fiqurlar çəkmək olar.