Ana səhifə / İKT xəbər / “Skype” danışıq zamanı reklam elanları göstərəcək

“Skype” danışıq zamanı reklam elanları göstərəcək

Paylaşmaq!

“Skype” internet-telefoniya xidməti danışıq zamanı istifadəçilərə  reklam elanları göstərəcək. Bu barədə “Skype”-ın rəsmi bloqunda məlumat verilib.

“İCTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən  bildirir ki, reklam səs çağırışı zamanı danışıq pəncərəsində göstəriləcək. Reklamı yalnız “Skype” hesabında vəsait olmayan  “Windows” istifadəçiləri görəcəklər.

Reklam elanları rabitənin keyfiyyətinə təsir göstərməyəcək. O, səssiz olacaq və elanın çərçivəsi ölçüsünü dəyişdirə bilməyəcək. “Skype” reklamı 55 ölkədə satmağı planlaşdırır.

“Skype”-ın bloqunda dərc edilmiş ekran görüntülərinə əsasən, elanların alt hissəsində "Bağlamaq" düyməsi olacaq.

Mənbə:İctnews.az

Həmçinin baxın

1 dəqiqənin önəmi

Bəzi insanlar üçün 1 dəqiqənin elə də önəmi yoxdur. Bəzi adamlar üçün isə 1 dəqiqə …

Добавить комментарий