Ana səhifə / Adobe Fhotoshop / Ştamp aləti

Ştamp aləti

Paylaşmaq!

Ştamp aləti bu gün ki, elektron və video dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Dizayn Proqramları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Ştamp aləti

Ştamp aləti nə üçün istifadə olunur?Ştamp aləti

Bildiyimiz kimi ştamp aləti proqramda ən çox istifadə olunan alətlərdən biridir. Bu alətin köməyi ilə Adobe Photoshop proqramında bir sıra mürəkkəb əməliyyatları şəkil üzərində aparmaq olar. Ən çox şəklin qüsurlu hissələrinin bərpasında şəklin retuş olunmasında istifadə edilir.

Ştam aləti ilə işləmək üçün hansı ardıcıllıq müəyyən olunur?

Yeni şəkil vərəqi yaradılmalı (200 piksel x 200 piksel ölçüsündə yeni boş şəkil vərəqi )Ştamp aləti

İndi isə birinci vərəqimizi ixtiyari bir rənglə doldururuq. Bunun üçün alətlər panelində olan rəng palitrasına müraciət edərək doldurmaq istədiyimiz rəngi seçirik. Set background color boksuna klik edərək qırmızı rəngi seçilərək əməliyyatın təsdiqi üçün Ok düyməsi vurulur. Sonra isə alətlər panelində Paint Backet  Tool alətinə müraciət edirik. Və ya klaviaturada ALT düyməsi sıxılı vəziyyətdə Backspace düyməsini sıxmaqla mövcud rəngi vərəqə doldurmuş oluruq.Ştamp aləti

Clone Stamp Tool (Ştamp aləti) alətini necə aktivləşdirmək olar?

Clone Stamp Tool (Ştamp aləti) aləti klaviaturada S düyməsini sıxmaqlada çağırmaq olar.  Gördüyümüz kimi siçanımızın göstəricisi öz formasını dəyişdi. Adobe Photoshop proqramında bir sıra alətlərin özünün tənzimləmə (seçənək) paneli mövcuddur. Ştamp alətinin də bu cür paneli vardır.Ştamp aləti

Beləliklə biz Ştamp aləti mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Corel Draw X6 proqramında sadə fiqurların yaradılması

Corel Draw X6 proqramında sadə fiqurların yaradılması

Bunun üçün proqramının sağ küncündə yerləşən Rectangle (Прямоугольник) alətindən istifadə olunur. Bu alət ilə düzbucaqlı, kvadrat, həmçinin dəyirmi küncə malik düzbucaqlıya oxşar fiqurlar çəkmək olar.