Ana səhifə / Tətbiqi Proqramlar / Təqdimata video faylların əlavə olunması

Təqdimata video faylların əlavə olunması

Paylaşmaq!

Təqdimata video faylların əlavə olunması bu gün ki, elektron və video dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Tətbiqi Proqramlar moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Təqdimata video faylların əlavə olunması

PowerPoint 2016 proqramının üstün xüsusiyyətlərindən biri də odur ki, təqdimat faylının slaydlarına nəinki mətn və qrafik faylları həmçinin video faylların əlavə edilməsinə də imkan yaradır. Slaydlara video tərkiblərin əlavə edilməsi təqdimat faylının maraqlı nümayiş olunmasına köməklik edə bilər. Təqdimat faylının slaydlarına video faylının əlavə edilməsi bir neçə mənbədən ola bilər.

Təqdimata video faylların əlavə edilməsi hansı mənbələr hesabına ola bilər?

Təqdimat faylının slaydlarına video faylın yerləşdirilməsi bir neçə mənbədən ola bilər.

Təqdimata video faylların əlavə olunmasıBu mənbələrə İnternetdən video faylın əlavə edilməsi və kompüterdən video faylın əlavə edilməsi daxildir. Gəlin bu mənbələri bir-bir araşdıraq.

Slaydlara video tərkiblərin əlavə edilməsi necə həyata keçilir?

Bunun üçün təqdimatda video əlavə etmək istədiyimiz istənilən slayd seçilir. İnsert (Вставка) bölməsində olan Media (Мультимедиа) qrupundakı Видео (Video) düyməsinə vurmalıyıq. Açılan menyudan Video from file (Видео на компьютере) əmri seçin.Təqdimata video faylların əlavə olunması Bu əmr bizə kompüterdə mövcud olan hər hansı video faylı seçməyə və əlavə etməyə imkan verəcəkdir. Video from file (Видео на компьютере) əmri seçdikdən sonra qarşıya çıxan dialoq pəncərəsində kompüterinizdə mövcud olan qovluqlara daxil olmaq üçün İnsert Video (Вставка видеозаписи) adlanan pəncərə açılacaqdır.

Təqdimata video faylların əlavə olunmasıLazım olan qovluğa daxil olub video faylı seçdikdən sonra İnsert (Вставить)  düyməsinə basırıq. Həmin video dərhal slaydımıza yerləşdiriləcək.Təqdimata video faylların əlavə olunması

Video faylın ölçülərini necə dəyişmək olar?

Təqdimata əlavə edilmiş və ya yerləşdirilmiş video faylın ölçülərini dəyişmək üçün üsullardan biri həmin faylın künclərindən tutaraq kiçiltmək olar.Təqdimata video faylların əlavə olunmasıÜzərində siçanın sol düyməsini sıxaraq onu təqdimatda istənilən yerə daşımaq olar.

İnternetdən təqdimata video faylı necə  yerləşdirmək olar?

Bunun üçün müxtəlif üsullar vardır.

İlk növbədə həmin videonun olduğu internet resursuna daxil oluruq. Bunun youtube video portalına daxil oluruq.Təqdimata video faylların əlavə olunmasıVideonu tapdıqdan sonra əgər onu slaydınıza yerləşdirmək istəyiriksə, onda Share (Поделиться) düyməsini sıxırıq.Təqdimata video faylların əlavə olunması

Embed (Встроить) düyməsini sıxırıq. Açılan pəncərədə kodun surətini çıxarırıq. Həmin link müvəqqəti yaddaşa köçülür.

Təqdimata video faylların əlavə olunmasıBu linkdən istifadə etməklə təqdimata yerləşdirmək olar. İnsert (Вставка) bölməsində olan Media (Мультимедиа) qrupundakı Видео (Video) düyməsinə vurmalıyıq. Açılan menyudan Video from Web Site  (Видео из Интернета…) əmri seçin.

Açılan pəncərədə surəti çıxarılmış kodu yerləşdiririk.Təqdimata video faylların əlavə olunmasıBeləliklə video internetdən təqdimatın slaydına yerləşdirilir. Həmin faylın künclərindən tutaraq ölçülərini böyütmək və ya kiçiltmək olar. Üzərində siçanın sol düyməsini sıxaraq onu təqdimatda istənilən yerə daşımaq olar.Təqdimata video faylların əlavə olunmasıVideo fayla baxış üçün Play (Воспроизвести) düyməsini sıxın.

Video faylın formasını necə dəyişdirmək olar?

1.Bunun üçün təqdimata yerləşdirilmiş video fayl qeyd olunur.Təqdimata video faylların əlavə olunması

  1. Sonra isə Format (Формат) lentinə daxil oluruq.

Təqdimata video faylların əlavə olunması Videonun forması (Форма видео) menyusuna daxil olub uyğun formadan biri seçilir.Təqdimata video faylların əlavə olunmasıMövcud çərçivəni düzbucaqlıdan ovala dəyişmiş oluruq.Təqdimata video faylların əlavə olunması

Video faylın çərçivə kənarlarının rəngini necə dəyişmək olar?

Bunun üçün təqdimata yerləşdirilmiş video fayl qeyd olunur.Təqdimata video faylların əlavə olunması Sonra isə Format (Формат) lentinə daxil oluruq.Təqdimata video faylların əlavə olunması Video Border (Граница видео) menyusuna daxil oluruq. Əvvəlcə sərhəddin rəngini, xəttin qalınlığını müəyyən edə bilərik.Təqdimata video faylların əlavə olunması

Təqdimata yerləşdirilmiş video fayla əlavə video effekt necə tətbiq etmək olar?

Bunun üçün video fayl qeyd olunur. Sonra isə Format (Формат) lentinə daxil oluruq.Təqdimata video faylların əlavə olunmasıVideo Effect (Видеоэффекты) menyusuna daxil olub zövqümüzə uyğun effekt nümunələrindən birini seçirik.Təqdimata video faylların əlavə olunması

Təqdimata yerləşdirilmiş video faylın tərtibatını necə dəyişmək olar?

Bunun üçün təqdimata yerləşdirilmiş video fayl qeyd olunur.Təqdimata video faylların əlavə olunmasıSonra isə Format (Формат)  lentinə daxil oluruq. Təqdimata video faylların əlavə olunmasıVideo Styles (Видеоэффекты) alətlər qrupundan müxtəlif stillər tətbiq etmək olar.Təqdimata video faylların əlavə olunması

Playback ( Воспроизведение) lentinin elementləri izahı

Bu lentin köməyi ilə videonun göstərişi ilə bağlı bəzi dəyişiklikləri aparmaq olar. Gəlin buradakı parametrlərə və düymələrin təyinatına bir-bir baxaq.Təqdimata video faylların əlavə olunmasıPlay (Воспроизвести) düyməsini sıxmaqla videonu göstəriş rejiminə keçirə bilərik.Təqdimata video faylların əlavə olunmasıPause (Пауза) düyməsini sıxmaqla göstərişi saxlamaq olar.Təqdimata video faylların əlavə olunmasıAdd Bookmark (Добавить закладку) düyməsini sıxmaqla video rolikin vaxtını göstərən parçada istənilən yerləri işarələmək olar.Təqdimata video faylların əlavə olunmasıRemove Bookmark (Удалить закладку) düyməsini sıxmaqla video rolikin vaxtını göstərən parçada işarələnmiş hissələri silmək olar.Təqdimata video faylların əlavə olunmasıTrim Video (Монтаж видео) düyməsini sıxmaqla videonun başlama və bitmə vaxtını müəyyən etmək olar. Bu qayda ilə aralığı müəyyən etdikdən sonra videonun qalan hissəsi kəsilir və gizlədilir.Təqdimata video faylların əlavə olunmasıFade Duration (Длительность угасания) qrupundakı  Пояление (Fade in) Исчезание (Fade Out)   parametrləri videonun başlanğıcına və sonuna solğunluq effekti vermək üçün istifadə edilir.

Параметры видео (Video Options) qrupundakı Начало (Start) parametri  iki seçim təklif edir. Avtomatik və klik vurmaqla.Təqdimata video faylların əlavə olunmasıƏgər (On click) Klik vurmaqla seçimini edəriksə, onda təqdimatın nümayişi zamanı mütləq siçanın sol düyməsi vurulmalıdır ki, video fayl nümayiş rejiminə keçsin.Təqdimata video faylların əlavə olunmasıAmma Avtomatik ( Automatically-Автоматически ) sətri seçilərsə, o zaman təqdimat faylı göstəriş rejimində olduqda video dərhal özü başladılacaq.Təqdimata video faylların əlavə olunmasıПараметры видео (Video Options) qrupundakı Во весь экран (Play Full Screen) sətri işarələnərsə, o zaman faylımız göstəriş rejiminə keçdikdə  video olan slayda keçid olunduğu zaman slayda olan videoya ekran boyu açılaraq göstəriş rejiminə keçəcək.Təqdimata video faylların əlavə olunmasıLoop Until Stopped (Непрывно) seçənəyi işarələnərsə, o zaman videonun nümayişi zamanı ona dayan əmri verilməyənə qədər nümayiş etdiriləcəkdir.Təqdimata video faylların əlavə olunmasıRewind after Playing (Перемотать после воспроизведения) seçənəyi işarələnərsə, o zaman videonun nümayişi yekunlaşdıqdan sonra həmin video yenidən başlayacaqdır.

Beləliklə biz Təqdimata video faylların əlavə olunması mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın.Mövzunu sosial şəbəkələrin birində paylaşın.  Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

PowerPoint 2016 proqramında nümayişin quraşdırılması və yaddaşa verilməsi

PowerPoint 2016 proqramında nümayişin quraşdırılması və yaddaşa verilməsi

Bildirmək istəyirəm ki, təqdimat faylımızı bütövlükdə göstəriş rejiminə keçirmək üçün ya Start Slide Show (Начать слайд-шоу) alətlər qrupunda yerləşən From beginning (C начала) göstəriş rejimi düyməsinin köməyi ilə ya da F5 düyməsinə basmaqla həyata keçirmək olar.