Ana səhifə / Tətbiqi Proqramlar / Tətbiqi proqramlar fənninə giriş

Tətbiqi proqramlar fənninə giriş

Paylaşmaq!

Tətbiqi proqramlar fənninə giriş

Tətbiqi proqramlar fənninə giriş bu gün ki, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Tətbiqi proqramlar fənninə həsr olunmuş kitabın ilk elektron dərsliyində salamlayıram. Kitab Azərbaycan Təhsil İnstitutunun aparıcı mütəxəssisi Səlimə İmran qızı Quliyeva tərəfindən 2016-cı ildə işıq üzü görmüşdür. Müəllifin öz şəxsi təşəbbüsü və xahişi ilə eləcədə müxtəlif Peşə Mərkəzləri, liseyləri və məktəblərində ixtisas dərslərini tədris edən müəllim və istehsalat təlimi ustalarına kömək məqsədi ilə təmənnasız dərc olunur. Ümid edirəm ki, bu kitabdan hər birimiz yararlanmaqla bu sahədə olan nöqsanlarımızı aradan qaldıra biləcəyik. Sizlərə gələcək fəaliyyətinizdə uğurlar diləyirik!

Tətbiqi proqramlar fənninə giriş

Tətbiqi proqramlar fənninə girişMüasir zamanda kompüter təhsili almış iş qüvvəsinə duyulan ehtiyac artmaqdadır. Fərdlərin gündəlik həyatlarını davam etdirə bilmələri üçün kompyuter təhsillərinin olması vacib bir amilə çevrilmişdir.
Hər hansı sahədə tətbiq olunan, rahat interfeysə malik olub, dialoq rejimində işləyən hazır proqramlar toplusuna tətbiqi proqramlar deyilir. Tətbiqi proqramlar ƏS-nin idarəsi altında işləyir. İndiki zamanda fərdi kompüterlər üçün yüz minlərlə tətbiqi proqramlar işlənib hazırlanmışdır.
Dərs vəsaiti əsasən proqram təminatının ən mühüm hissəsi sayılan Office proqram paketlərindən – MS Word 2013, MS Excel 2013, MS Power Point 2013, MS Acess 2013 proqramlarının öyrənilməsinə həsr edilmişdir.
MS Word 2013 mətn redaktorunun quruluşu, təyinatı haqqında geniş məlumat verilir, onun digər redaktorlarla əlaqəsi verilir.
MS Excel 2013 cədvəl redaktorunun quruluşu, təyinatı haqqında məlumat verilir.Riyazi və iqtisadi məsələlərin həllində onun böyük əhəmiyyəti olduğu şərh edilir.
Dərs vəsaitində verilənlər bazalarının idarəetmə sistemləri içərisində geniş yayılmış MS Acess 2013 proqramı haqqında ətraflı məlumat verilir. Vəsaitdə MS Acess proqramının obyektləri: Cədvəllər, Sorğular, Formalar, Hesabatlar öyrənilir. Onların yaradılma üsulları praktiki misallarla izah olunur.
MS Power Point 2013 — təqdimatların hazırlanması haqqında məlumat verir.

Müəllif: Səlimə Quliyeva

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

PowerPoint 2016 proqramında nümayişin quraşdırılması və yaddaşa verilməsi

PowerPoint 2016 proqramında nümayişin quraşdırılması və yaddaşa verilməsi

Bildirmək istəyirəm ki, təqdimat faylımızı bütövlükdə göstəriş rejiminə keçirmək üçün ya Start Slide Show (Начать слайд-шоу) alətlər qrupunda yerləşən From beginning (C начала) göstəriş rejimi düyməsinin köməyi ilə ya da F5 düyməsinə basmaqla həyata keçirmək olar.

Добавить комментарий