Ana səhifə / Elektron dərsliklər / Windows əməliyyat sisteminin təyinatı

Windows əməliyyat sisteminin təyinatı

Paylaşmaq!

Windows əməliyyat sistemi sistem və xüsusi proqram vasitələri kompleksindən ibarətdir. Bir tərəfdən onlar BİOS (giriş –çıxışın baza sistemi)sisteminə daxil olan baza proqram təminatına əsaslanır,digər tərəfdən,onun özü daha yüksək səviyyəli proqram təminatını, tətbiqi və əksər xüsusi proqramların (əlavələrin) əsasını təşkil edir. Əməliyyat sisteminin əlavələri sisteminin idarəsi altında işləyən proqramlardır. Windows əməliyyat sisteminin əsas təyinatı vasitəçilik funksiyasıdır.Bu isə bir neçə növ interfeysi təmin edir.
1) kompüter aparat-proqram vasitələrilə istifadəçinin qarşılıqlı əlaqəsini təmin edən interfeys-istifadəçi interfeysi.
2) proqram və aparat təminatı arasında interfeys,yəni aparat-proqram interfeysi.
3) muxtəlif növ proqram təminatı arasında interfeys,yəni proqram interfeysi.
Hər aparat platformasında,(məsələn, İBM PC ) bir neçə əməliyyat sistemi mövcuddur.
Onların fərqlərinə iki kateqoriyada baxılır:daxili və xarici.Daxili fərqlər əsas funksiyanın reallaşdirilması metodları ilə xarakterizə edilir.Xarici funksiyalar Windows sistemini konkret işçi yerinin texniki tələbatının ödənilməsi üçün vacib olan əlavələrin açiq olması ilə müəyyən edilir.

Mənbə:İnformatika dərsliyi

Həmçinin baxın

İnternetdən köçürülmüş lazımsız faylların Ccleaner proqramı ilə silinməsi

İnternetdən köçürülmüş lazımsız faylların Ccleaner proqramı ilə silinməsi

Məlumdur ki, biz internetdə gəzişərkən bizim istifadə etdiyimiz səyyah ( brouzer) internet səhifələrində olan bir sıra şəkilləri, keçidləri və sair bu kimi vasitələri, həmçinin səhifələrdə istifadə etdiyimiz login və parolları özündə saxlayır. Bütün bunlar sonradan kompüter üçün nəzərə çarpacaq  elə bir yükə çevrilir ki, ondan yaxa qurtarmaq üçün Ccleaner proqramı köməyimizə çatır. Bu lazımsız faylların kompüterdə qalması sərt diskin həcminin günü-gündən azalmasına gətirib çıxardır.

Добавить комментарий