Домой / Word 2007 / Word 2007 proqramında nümunəyə görə format

Word 2007 proqramında nümunəyə görə format

Paylaşmaq!

Word 2007 proqramında nümunəyə görə format bu gün ki, video dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Microsoft Word 2007 proqramına həsr olunmuş növbəti video dərsliyimdə salamlayıram. Word 2007 proqramında nümunəyə görə format mövzusuna həsr olunmuş birinci video dərsliyimdir. Bu mövzu ilə artıq biz Word 2003 proqramını keçərkən tanış olmuşuq. Word 2007 proqramında da formatın surətini çıxarmaq olar.

Word 2007 proqramında nümunəyə görə format

Bu əməliyyatı yerinə yetirmək üçün müəyyən prosedur ardıcıllıqları aparmaq lazımdır. İlk növbədə Word 2007 proqramında nümunəyə görə format mövzusunun əhəmiyyətinə toxunaq. Bəzən biz şrift və abzaslar üçün müəyyən edilmiş formatlaşdırm parametrlərini təkrar etməyə məcbur oluruq. Hər dəfə mətni qeyd etmək və bütün formatlaşdırma prosesini təkrar etmək əvəzinə formatın surətini çıxarmaq olar. Bunun üçün formatın surəti çıxarılacaq söz və ya abzası qeyd etməliyik. Bizim nümunəmizdə bu Sərt disk mətni olacaq.Word 2007 proqramında nümunəyə görə formatDaha sonra Главная lenti üzərində yerləşən Буфер обмена-mübadilə buferi adlanan əmrlər blokuna müraciət edirik. Mübadilə buferi blokunda Формат по образцу-nümunəyə görə format düyməsini sıxırıq.Word 2007 proqramında nümunəyə görə formatBeləliklə siçanımız göstəricisi öz formasını dəyişir. Həmin göstəriciyə fırça bərkidilir.Word 2007 proqramında nümunəyə görə formatƏgər biz kursorumuzu mətn boyu hərəkət edib buraxırıq.Word 2007 proqramında nümunəyə görə formatBu zaman Sərt disk mətnimizə tətbiq olunan formatlama əməliyyatı qeyd olunmuş mətnimizə də tətbiq olunacaq. Nəticə aşağıdakı kimi olacaq.Word 2007 proqramında nümunəyə görə formatArtıq yeni formatlanmış mətn aldıq.
Beləliklə biz Word 2007 proqramında nümunəyə görə format mövzusu ilə tanış olduq.
Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, bu video dərsliyim Microsoft Word 2007 proqramını müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu video dərsimdə faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Video dərsliyə səs verin. Kanalıma abunə olun ki, bu video dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Оставить комментарий