Домой / İKT xəbər / 2013-cü il mobil virusların ili olacaq

2013-cü il mobil virusların ili olacaq

mobil virus iliMobil qurğuların populyarlığı çox sürətlə artdığından fırıldaqçıların və hakerlərin pul qazanmaqmobil virus ili istəyində təəccüblü heç nə yoxdur. Demək olar ki, hər gün smartfon və planşetlər üçün zərərli proqramların sayı artır.«BitDefender» antivirus şirkətində çalışan mütəxəssislərin fikrincə, 2013-cü il mobil virusların ili olacaq. gadirov.com elektron xəbər xidməti «ICTnews.az» saytına istinadən bildirir ki, «BitDefender» şirkətində kompüter təhlükəsizliyi üzrə baş mütəxəssis Katalina Kozoinin verdiyi məlumata əsasən, 2012-ci ilin ikinci yarısında müxtəlif viruslar vasitəsilə yoluxdurulmuş «Android» qurğuların sayı 41 faiz artıb.Qeyd edək ki, 2012-ci ilin iyununda «Trend Micro» şirkətinin antivirus ekspertləri təxminən 30 min zərərli və təhlükəli «Android» tətbiq qeydə almışdılar. 2012-ci ilin üçüncü rübünə olan məlumata əsasən, onların sayı 175 minədək artdı.