Ana səhifə / Mega Bulud Servisi

Mega Bulud Servisi

Bu bölmədə Mega Bulud Servisi barədə məlumat verilir. Bu və ya digər formada məlumatlarınızı bir istifadəçidən digərinə göndərmək zərurəti ilə rastlaşırıq. Əgər bu məlumatın həcmi kifayət qədər böyük olarsa, yəni 50 GB-ta qədər olarsa bu halda bu sayt bizim köməyimizə çatır.

Mega əlavənin səyyah üzərinə quraşdırılması

Mega hostinqə həsr olunmuş sayca on beşinci video dərsliyimdə sizləri salamlayıram və bu dərsliyimiz bir növ Mega fayl mübadiləsi hostinqinə həsr olunmuş mini kursumuza yekun vuracaq. Bu video dərsimizdə çalışaçağıq ki, fayl mübadiləsi hostinqinin bir üstün cəhətini də sizə izah edək və çalışaq ki, bu üstün cəhətdən öz işimizdə daha səmərəli istifadə edək. Qeyd etmək istəyirəm ki, fayl mübadiləsi hostinqindən artıq qeydiyyatdan keçmiş bütün istifadəçilər yəqin ki, Вход düyməsinin iş prinsipi ilə tanış olublar.

Ətraflı
Mega hostinqdə səbətin boşaldılması

Mega hostinqdə səbətin boşaldılması

Bugünkü, video dərsimizin mövzusu Mega hostinqdə səbətin boşaldılması olacaq. Əvvəlki, on üçüncü video dərslikdə biz faylların və qovluqların silinməsi əməliyyatı ilə tanış olduq və orada qeyd etdik ki, istənilən sildiyimiz obyekt yəni ya fayl olsun ya da qovluq o, silinərək səbət adlanan xüsusi bir ünvana göndərilir. Təbii ki, səbətdə müəyyən müddətdən sonra dolur və onu silmək məcburiyyəti yaranır. Bunun üçün bu video dərsimizin əhəmiyyətindən danışmaq istəyirəm ki, ilk növbədə səbət proqramda yəni bu səhifədə harada yerləşir? Gördüyünüz kimi xüsusi bir düymə var və onun üzərinə yaxınlaşdırdıqda rusca Корзина yazılır yəni səbət onun üzərində sol düymə vurduqda sildiyimiz bütün obyektlər məhz burada görsənir.

Ətraflı
Mega hostinqdə faylın silinməsi

Mega hostinqdə faylın silinməsi

Bugünkü, video dərsliyimiz Mega hostinqdə faylın silinməsi olunduğu üçün konkret olaraq bu əməliyyatı praktikada sizə göstərmək istəyirəm. Qeyd etmək istəyirəm ki, silmək istədiyimiz istər faylı istər qovluğu seçməlisiniz. Bunun üçün siçanın sol düyməsini həmin obyekt üzərində sıxılması kifayətdir ki, həmin obyektin seçilməsi həyata keçirilsin.

Ətraflı
Mega hostinqdə faylın və qovluğun surətinin çıxarılması

Mega hostinqdə faylın və qovluğun surətinin çıxarılması

Bugünkü, video dərsimiz surətin çıxarılması ilə bağlı olduğu üçün biz Копировать adlanan sətr ilə işləyəcəyik. Bunun üçün istənilən fayl qeyd olunmalıdır yəni seçilməlidir və üzərində sağ düymə sıxılmalı, sonra isə Копировать adlanan sətr seçilməlidir. Açılan növbəti pəncərə Копировать oблачный диск adlanan bir pəncərə adlanır və bu pəncərə üç səhifədən ibarətdir. Həmin səhifələrdən yalnız biri bugünkü, dərs zamanı bizə lazım olacaq bu da Blud şəkli təsvir olunmuş yəni xüsusi Облачный диск adlanan səhifədir.

Ətraflı
Fayl və qovluğun yerinin dəyişdirilməsi

Fayl və qovluğun yerinin dəyişdirilməsi

Gəlin əvvəlcə Cloud Drive adlanan xüsusi sətri seçək. Gördüyümüz kimi hostinqdə yaratdığımız qovluqlarımızın burada siyahısı təklif olunur. Hansı qovluğa faylı yerləşdirmək istəyiriksə yəni yerini dəyişdirmək istəyiriksə sadəcə onun üzərinə gəlirik. Növbəti kontekst menyu açılır gördüyümüz kimi digər qovluqların içərisində Biletlər və Çıxmalı adlanan xüsusi qovluqlarda yaratmışıq. Biz bilətlərin içərisinə həmin faylı göndəririk.

Ətraflı
Fayl və qovluğun adının dəyişdirilməsi

Fayl və qovluğun adının dəyişdirilməsi

Sadəcə onun üzərində sol düymənin sıxılması  bir dəfə kifayətdir ki, həmin faylın adı ekrana çıxsın və onu dəyişmək, redaktə etmək üçün xüsusi bir imkan yaransın. Gördüyümüz kimi faylın Переименовать файл adlanan xüsusi bir pəncərə açılır və həmin pəncərədə mövcud hal-hazırda olan faylın adı göstərilir.

Ətraflı
Mega keçid linkinin əldə olunması

Mega keçid linkinin əldə olunması

Gəlin fayl üçün keçid linkinin əldə olunması üçün hansı prosesi yerinə yetirmək lazımdır onu incələyək. Bunun üçün istənilən fayl seçilmək şərti ilə üzərində sağ düymə sıxılır və Получить ссылку  adlanan sətri seçirik.

Ətraflı
Mega hostinqdən faylın və qovluğun endirilməsi

Mega hostinqdən faylın və qovluğun endirilməsi

Təbii ki, Скачать adlanan sətr yəni endirmək adlanan sətr üzərinə siçanın göstəricisini yaxınlaşdırdıqda alt menyu çıxır həmin alt menyuda iki seçim təklif olunur. Seçimlərdən biri ondan ibarətdir ki, Обычная Загрузка yəni adi qaydada endirilmə prosesini həyata keçirir. İkinci sətrdə isə Скачать ZİP yəni zip formatlı arxiv formada faylın kompüterə endirilməsi. Biz qovluğu kompüterimizə endirmək istəyiriksə onun üçün daha rahat üsul Скачать ZİP adlanan sətri seçməkdir.

Ətraflı