Ana səhifə / Dizayn Modulu-2 kurs

Dizayn Modulu-2 kurs

Bu bölmədə Dizayn Modulu-2 kurs modula daxil olan mövzular barədə məlumat verilir. Şəkilli və video formatında olan dərsliklərimiz ümid edirəm ki, tələbələrin ürəyincə olacaq. Dizayn Modulu-2 kurs Peşə Mərkəzi, liseyi və məktəblərində tədris olunan ixtisas fənnidir.

İş sahəsi panelinin təsviri

İş sahəsi panelinin təsviri

"İş sahəsi" panelinin təsviri ilə tanış olaq. Xatıqladaq ki, bu panel proqramın sol yuxarı küncündə yerləşir. Ox düyməsini vurduqda menyu açılır. Nəzərə alsaq ki, Adobe Photoshop proqramı vasitəsilə bütün əməliyyatları müxtəlif alətlərin köməyi ilə edirik. Eyni zamanda bir palitradan digərinə keçmək zərurəti yaranır. Bu bəzən çətinliklər yaradır. Bu problem İşlək mühit və ya İş sahəsi düyməsinin köməyi ilə həll edilir, məhz onun sayəsində proqramda iş sadələşir.

Ətraflı

Adobe Photoshop-da ekran rejimlərinin dəyişdirilməsi

Adobe Photoshop-da ekran rejimlərinin dəyişdirilməsi

Standart pəncərə (Standart Screen Mode) — bu ilk baxış rejimidir, Bu rejimi biz proqramın birinci işə salınması vaxtı görürük. Bu rejimdə proqramın bütün mümkün panelləri əks olunur: idarə paneli, parametrlər, alətlər, bölmələr, vəziyyət sətri və palitralar sahəsi. Bundan başqa proqramı idarə edən düymələri də görürük. Həmçinin proqramın aşağı hissəsində tapşırıqlar zolağı da görünür.

Ətraflı

Corel Draw X6 proqramında sadə fiqurların yaradılması

Corel Draw X6 proqramında sadə fiqurların yaradılması

Bunun üçün proqramının sağ küncündə yerləşən Rectangle (Прямоугольник) alətindən istifadə olunur. Bu alət ilə düzbucaqlı, kvadrat, həmçinin dəyirmi küncə malik düzbucaqlıya oxşar fiqurlar çəkmək olar.

Ətraflı

Sənədin bağlanması və müraciət üsulları

Sənədin bağlanması və müraciət üsulları

Açılan proqram pəncərəsində yeni boş sənəd yaradırıq. Əgər faylın adı varsa,onda edilmiş dəyişikliyi yadda saxlamaqla bağlamaq olar. Mövcud faylı bağlmaq üçün Файл menyusuna daxil olub Закрыть sətrini seçirik.

Ətraflı

Corel Draw X6 proqramında sənədin yaddaşa verilməsi

Corel Draw X6 proqramında sənədin yaddaşa verilməsi

Bunun üçün mövcud sənəd üzərində klaviaturada CTRL düyməsi sıxılı vəziyyətdə S hərfi vurulmalıdır. Əgər sənəd ilk dəfə yaddaşa verilirsə, bu zaman yeni dialoq pəncərəsi meydana gəlir. Qarşıya çıxan pəncərədə faylın yadda saxlanılacaq yeri təyin olunur.

Ətraflı

Ştamp aləti haqqında

Ştamp aləti haqqında

Bu alətin köməyi ilə Adobe Photoshop proqramında bir sıra mürəkkəb əməliyyatları şəkil üzərində aparmaq olar. Ən çox şəklin qüsurlu hissələrinin bərpasında və şəklin retuş olunmasında istifadə edilir.

Ətraflı

Şəkillərin çevrilməsi

Şəkillərin çevrilməsi

Поворот изображения- İmage Rotation funksiyası vasitəsilə şəkilləri çevirmək və ya bütün təsviri əks etdirmək olar. Bu komandaları ayrı qatlara, qatların fraqmentlərinə, konturlara və ya seçilmiş sahələrin sərhədlərinə tətbiq etmək olmaz.

Ətraflı

Şəkillərin ölçülərinin dəyişdirilməsi və çevrilməsi

Şəkillərin ölçülərinin dəyişdirilməsi və çevrilməsi

Şəkillərin ölçülərinin dəyişdirilməsi üçün Adobe Photoshop proqramında Crop Tool (Рамка) alətindən geniş istifadə olunur. Crop aləti köməyilə şəkilləri verilmiş ölçüyə qədər kəsmək və dəyişdirmək olar. Menyuda Image (изображение) - Crop (Кадрирование) sətrini seçməklə yerinə yetirmək olar.

Ətraflı