Adobe Photoshop-da filterlər və xüsusi effektlər bu gün ki, elektron və video dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Dizayn Proqramları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.
Məqalənin mündəricatı
Photoshop-da filterlər və xüsusi effektlər
Addım 1.Faylın proqrama çağrılması
İstənilən bol rəngli və aydın təsviri proqrama çağırırıq. Bunun üçün CTRL+O klaviatur birləşməsi vurulur.
Addım 2. Şəklin ölçülərinin dəyişdirilməsi
Verilmiş təsvirin ölçülərini 600×800 piksələ dəyişin. Bunun üçün İmage menyusuna daxil olun. Açılan menyudan İmage Size (Alt+Ctrl+İ) sətrini seçin.
Addım 3. Şəklə Gaussian Blur filterinin tətbiqi
Şəklə bulanqlıq effektini vermək üçün Filter > Blur > Gaussian Blur (Фильтр> Размытие> Размытие по Гауссу) əmrini seçirik. Açılan pəncərədə parametrləri aşağıdakı kimi dəyişirik. Radius 20 pixel
Beləliklə biz Adobe Photoshop-da filterlər və xüsusi effektlər mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır