Ana səhifə / Adobe Fhotoshop / Qatın rənglə doldurulması

Qatın rənglə doldurulması

Paylaşmaq!

Bugünkü, elektron  dərsimizin əsas mövzusu Qatın rənglə doldurulması olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Dizayn Proqramları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Qatın rənglə doldurulması

Qatın rənglə doldurulması

Bir qatın (layerin) rənglə doldurulması Adobe Photoshop proqramında sadə və populyar bir əməliyyatdır. Bu əməliyyatı bir arxa plana ehtiyacımız olduqda və ya görüntünün üstündəki bir kölgəni örtmək üçün edə bilərik. Bir layeri tamamilə bir rənglə doldurmaq üçün 5 mümkün yolu vardır. Onlar ilə tanış olaq.

Üsul 1. Menyu əmrlərinin köməyi ilə

Bunun üçün Редактирование menyusuna daxil oluruq. Açılan menyudan Выполнить заливку (Fill) sətrini seçirik. Bu əməliyyatı klaviaturadan Shift düyməsi sıxılı vəziyyətdə F5 vurmaqla da yerinə yetirmək olar. Заполнить (Doldurma-Fill) adlanan dialoq pəncərəsi açılacaqdır. Burada bizə lazım olan rəngi təyin edirik.Qatın rənglə doldurulması

Üsul 2. Klaviatura düymələrinin köməyi ilə

Alt + Backspace düymələr kombinasiyasından istifadə edərək qatı (layeri) alət palitrasında ön plan rəngi ilə doldurmaq olar.

Qatın rənglə doldurulması

Üsul 3. Doldurma  (Заливка) alətinin köməyi ilə

Bunun üçün alətlər panelindən Doldurma  (Заливка) aləti seçin. Qat üzərində siçanın sol düyməsi vurun. Beləliklə layer  əsas rənglə boyandı. Doldurma aləti qat üzərində əlavə bir şey olmadıqda işləyir. Əks təqdirdə alət yalnız müəyyən sahələri boyayacaqdır.

Üsul 4. Fırça alətinin köməyi ilə

Xatırlayıram ki, Adobe Photoshop proqramını yeni öyrənməyə başlayanda bu metodu istifadə edirdim. Burada əsas iş sadəcə bir fırça ilə qatın üzərinə boya çəkməyimdir. Bu metodu seçərkən daha qalın zərbələr üçün fırça alətinin ölçüsünü artırmağınız məsləhətdir.

Üsul 5. Doldurma qatı ilə

Bunun üçün Слой menyusuna daxil olub Новый слой-заливка (New Fill Layer) sətrini açılan alt menyudan isə Цвет. əmrini seçirik. Sonra Ok düyməsini sıxırıq. Bundan sonra istədiyimiz rəngi seçmək üçün bir palitra görünəcəkdir. Seçim edərək OK düyməsini sıxırıq.Qatın rənglə doldurulmasıBütün əməliyyatlardan sonra Layers palitrasında müstəqil bir qat növü görünəcəkdir. Buna  doldurma qat deyəcəyik.

Beləliklə biz Qatın rənglə doldurulması mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif: Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Təsvirə digər bir şəklin əlavə olunması

Təsvirə digər bir şəklin əlavə olunması

Photoshop proqramında təsvirə digər bir şəklin əlavə olunması üçün bir neçə üsul  vardır. Bu elektron dərsliyimdə hamısı barədə ətraflı təsvir izahat verəcəm.