Ana səhifə / Adobe Fhotoshop / Adobe Photoshop-da parametrlər paneli

Adobe Photoshop-da parametrlər paneli

Paylaşmaq!

Adobe Photoshop-da parametrlər paneli bugünkü, elektron  dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Dizayn Proqramları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Adobe Photoshop-da parametrlər paneli

Adobe Photoshop-da parametrlər paneli

Parametrlər paneli nə üçün istifadə olunur?

Photoshop proqramının növbəti ayrılması hissəsi və interfeys elementi Parametrlər panelidir. Müxtəlif mənbələrdə parametrlər panelini başqa cürdə adlandırılır. Məsələn, atributlar və ya seçənəklər paneli, amma bütün bu deyilənlər onun təyinatı dəyişmir. Parametrlər paneli fotoşopun alətlərinin əsas qurmalarını özündə saxlayır. Bu səbəbdən hər alət üçün o unikal olacaq.

Adobe Photoshop-da parametrlər paneli

Bu panelin necə dəyişdiyini bilmək üçün sadəcə proqramın alətlər panelindəki alətlərin birindən digərinə keçid edin. Gördüyünüz kimi hər alət üçün bu panelin imkanları dəyişir.

Parametrlər paneli harada yerləşir?

Parametrlər paneli Photoshop proqramında menyu sətrinin aşağı hissəsində yerləşir. Adobe Photoshop-da parametrlər paneli

Fikrimcə panelin bu şəkildə proqramda yerləşdirilməsi daha rahatdır. Lakin onun yerini istifadəçi zövqünə uyğun dəyişə bilər. Bunun üçün panelin sol tərəfində olan punktir xəttin üzərində siçanın sol düyməsi sıxılmalı və buraxılmadan aşağıya tərəf dartmalıdırlar. Yerləşməni susmaya görə qaytarmaq üçün onu ekranın yuxarı hissəsinə daşıyın. İncə mavi xətti görən kimi siçanın düyməsini buraxmaq lazımdır. Beləliklə Parametrlər paneli əvvəlki mövqeyinə qayıdacaqdır.

Parametrlər paneli alətin bütün seçimlərini əks etdirirmi?

Yeri gəlmişkən bu paneldə seçilmiş alətin bütün tənzimləmələri olmur. Məsələn, Mətn (Type Tool) alətini nümunə olaraq misal çəkək. Gördüyümüz kimi Mətn (Type Tool) alətinin alətlər qutusunda seçimi zamanı Parametrlər panelində sadəcə mətnin formatlanması ilə bağlı bəzi seçimlər yaranır.

Adobe Photoshop-da parametrlər paneli

AbzasSimvol palitralarında olan elementlər isə olmur. Bu baxımdan Parametrlər paneli alətin bütün seçimlərini özündə əks etdirmir. Digər seçim və tənzimləmələr isə başqa palitralarda gizlənir. Bunu bilmək vacibdir.

İş zamanı məsləhət:

Əgər biz iş zamanı hər hansı bir alətin parametrini göstərilən paneldən dəyişiriksə, o zaman növbəti dəyişikliyə qədər o qüvvədə qalır. Bunu bilmək vacibdir. Çünki parametri dəyişdirilmiş hər hansı bir alət cari iş zamanı istifadəçi tərəfindən yeni tənzimləmə aparılmayana qədər bu cür işləyəcək. Belə olan vaxt istifadəçilərin bir qismi elə başa düşür ki, sadəcə onlar aləti korlayıblar. Bu vaxt onlar proqramı bağlamaqla çıxış yolu tapırlar. Odur ki, iş zamanı istifadəçidən daima bu parametrlər panelindəki dəyişikliyi izləmək tələb olunur. Xüsusən də klaviatur altenativləri bu panelin müxtəlif sahələrini dəyişməyə imkan verir. Sadəcə diqqətli olmaq lazımdır!

Beləliklə biz Adobe Photoshop-da parametrlər paneli mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Faylın yaddaşa verilməsi

Faylın yaddaşa verilməsi

Proqramla tanış olmağa başlayarkən əvvəlcə yeni bir sənəd necə yaradacağınızı kompüterinizdə saxladığınız bir fotoşəkili açmağı və son olaraq Photoshop-da necə saxlayacağınızı öyrənməlisiniz. Bir təsvirin saxlanması prosesi qrafik sənədlərin formatları ilə sıx bağlıdır. Çox şey seçdiyiniz formatdan asılı olacaq. Beləliklə, şəkli Photoshop-da saxlamaq üçün iki menyu əmri istifadə olunur.