Ana səhifə / Dizayn Modulu-2-3 kurs / Obyektlərin düzülüşü

Obyektlərin düzülüşü

Paylaşmaq!

Obyektlərin düzülüşü bugün ki, elektron və video dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Dizayn Proqramları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Obyektlərin düzülüşü

Obyektlərin düzülüşü

CorelDraw proqramında yeni obyektlərin yaradılması zamanı sonuncu yaradılan obyektlər özündən əvvəlkiləri tam və ya qismən də olsa örtmüş olur. Bu obyektlərin ardıcıllığını mövcud üsullarla dəyişmək mümkündür.

Obyektlərin düzülüşü

Obyektlərin düzülüşünü necə həyata keçirmək olar?

Bu əməliyyat Arrange – Order (Упорядочить – Порядок) əmri vasitəsilə aparılır. Eyniadlı əməliyyatlar qeyd olunmuş obyektlər üzərində siçanın sağ düyməsini vurduqda açılan kontekst menyu vasitəsilə də aparıla bilir.

Obyektlərin düzülüşünün menyu vasitəsilə yerinə yetirilməsi

Obyektlərin düzülüşü
  • То Front of Page (На передний план страницы).
  • То Back of Page (На задний план страницы).
  • То Front of Layer (На передний план слоя).
  • То Back of Layer (На задний план слоя).
  • Forward onе (На уровень вперед).
  • Back onе (На уровень назад).
  • In Front of (Установить перед).
  • Behind (Установить назад).
  • Reverse Order (Обратить порядок)

То Front of Page əmri obyekt üzərində nə iş görür?

Obyektin qeyd olunması və То Front of Page (На передний план страницы) seçimi səhifədə həmin obyekti digərlərindən yuxarıya keçirir. Obyektlərin düzülüşü bu qayda ilə aparılır. Yadda saxlamaq lazımdır ki, bu əmrlər hər layın daxilində obyektlərin yerləşmə yerini dəyişir.

In Front of (Установить перед) и Behind (Установить назад) əmrləri

In Front of (Установить перед) и Behind (Установить назад) əmrləri obyektlərin yerini dəyişmək üçün nəzərdə tutulub. Onların hər hansı birinin seçimindən sonra siçanın göstəricisi dəyişilir.

Obyektlərin düzülüşünü əks formada yığmaq üçün Reverse Order (Обратить порядок) seçilir. Yuxarıda adı sadalanan bütün əmrlər obyekt üzərində siçanın sağ düyməsini sıxan zaman açılan kontekst menyu vasitəsilə də açıla bilir.

Beləliklə biz Obyektlərin düzülüşü mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Snap to Guidelines (Привязка к направляющим)

Snap to Guidelines (Привязка к направляющим)

Snap to Guidelines (Привязка к направляющим) bugün ki, elektron və video dərsimizin əsas mövzusu olacaq. …