Ana səhifə / PH modulu / Əmrlərin hazırlanması və tətbiq edilməsi barədə məlumat

Əmrlərin hazırlanması və tətbiq edilməsi barədə məlumat

Paylaşmaq!

Əmrlərin hazırlanması və tətbiq edilməsi barədə məlumat elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Planlaşdırma və hesabatvermə moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Əmrlərin hazırlanması və tətbiq edilməsi barədə məlumat

Əmrlərin hazırlanması və tətbiq edilməsi barədə məlumat

Əmrin məzmunu neçə hissədən ibarət olur?

Əmr, bir qayda olaraq, şərhsərəncam hissələrindən ibarət olur. Şərh hissəsində əmr verilməsi üçün əsas götürülən faktlar ifadə edilir, sərəncam hissəsində isə görülməli tədbirlər sadalanır. Əmrin sərəncam hissəsi mətn qaydalarından «əmr edirəm» sözləri ilə başlanır. Nəzərdə tutulan fikirlər ərəb rəqəmləri ilə nömrələnən bəndlər üzrə yerləşdirilir. Hər bənd struktur bölməsinin konkret icrasının və ya vəzifəli şəxsin adının və soyadının göstərilməsi ilə başlanır.

Əmrin mətni kiminlə razılaşdırılır?

Əmrin mətni əlaqədar struktur bölmələri lazımi hallarda isə tabelikdə olan əlaqədar təşkilatlarla razılaşdırılır. Əmrin layihəsinin son variantına ancaq əmri imzalayantarix qoyan təşkilat rəhbəri düzəlişlər edə bilər.

Əmrlər necə uçota alınır?

Əmrlər təqvim ili boyunca nömrələnir və müvafiq kitabda qeydə alınır.

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Xasiyyətnamənin yazılmasına verilən tələblər

Xasiyyətnamənin yazılmasına verilən tələblər

Xasiyyətnamənin yazılmasına verilən tələblər elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım …