Ana səhifə / Sahibkarlıq modulu / Sahibkarlıq ideyasının təsvir edilməsi.GZİT təhlili.

Sahibkarlıq ideyasının təsvir edilməsi.GZİT təhlili.

Paylaşmaq!

Sahibkarlıq ideyasının təsvir edilməsi.GZİT təhlili. bugünki, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Sahibkarlıq moduluna həsr olunmuş elektron dərslikdə salamlayıram. Bildirmək istəyirəm ki, bu nəşrin məzmunu müstəsna olaraq “Azərbaycanda Peşə Təhsili və Təliminin inkişafına Avropa İttifaqının dəstəyi” Texniki Yardım layihəsinin məsuliyyətidir və heç bir halda Avropa İttifaqının mövqeyini əks etdirmir. Qeyd etmək istəyirəm ki, bu saytda dərc olunacaq Sahibkarlıq modulu ilə bağlı mövzular Sahibkarlıq kitabının elektron versiyasında da mövcuddur. Həmin dərslikdən də istifadə edə bilərsiniz.

Sahibkarlıq ideyasının təsvir edilməsi.GZİT təhlili.

Sahibkarlıq ideyasının təsvir edilməsi.GZİT təhlili.

Biznes ideyanın təsviri hansı hissələrdən ibarətdir?

Sahibkarlıq ideyasının təsvir edilməsi.GZİT təhlili.

Biznes-ideyanın təsviri iki hissədən ibarətdit: Birinci hissədə ideya haqqında toplanmış məlumat bir formatda yerləşdirilir. İkinci hissədə isə GZİT (SWOT) analizi aparılır.

GZİT analiz metodu nədir?

Sahibkarlıq ideyasının təsvir edilməsi.GZİT təhlili.

Sahibkar ideyalarının siyahısını nəzərdən keçirdikdən sonra o, onların arasından cəlbedici, ən uyğun, risk dərəcəsi az olan, həyat qabiliyyətli hesab etdiyi bir ideyasını seçib onu GZİT analizi metodu ilə təsvir etməlidir.

GZİT təhlili necə aparılır?

Sahibkarlıq ideyasının təsvir edilməsi.GZİT təhlili.

Yaxşı biznes ideyanızı seçmək üçün GZİT təhlili (SWOT təhlili) ən optimal metoddur. Bu metod, 1963-cü ildə Harvard universitetinin professoru Kenneth Andrews tərəfindən yaradılmışdır.

  • SWOT – GZİT — Strengths (güclü tərəflər),
  • Weaknesses (zəif tərəflər),
  • Opportunities (imkanlar)
  • Threats (təhlükələr)

O, sizə biznes ideyanızın güclü, zəif tərəflərini, imkanlarını və eləcə də təhlükəli, yəni problemli tərəflərini müəyyənləşdirməyə kömək edir. Təhlildə nəzərə alın ki, GüclüZəif tərəflər biznesin daxili (yəni sizdən asılı olan) tərəfidir. İmkanTəhlükələr isə biznesin xarici (yəni sizdən asılı olmayan) tərəfidir.

Təhlilin aparılma qaydası:

Sahibkarlıq ideyasının təsvir edilməsi.GZİT təhlili.

Birinci təhlili öncə ideyanız haqqında informasiyanın yığılmasından başlamaq lazımdır. İkinci addımda toplanmış informasiya təhlili əks edən cədvəldə yerləşdirilir.

İnformasiyanın təhlili cədvəli

Sahibkarlıq ideyasının təsvir edilməsi.GZİT təhlili.

Üçüncü addımda güclü tərəfləri, zəif tərəfləri, imkanları və təhlükələri müəyyən etdikdən sonra onlar ayrı-ayrılıqda yenidən təhlil olunurlar, yəni hər birisinin yüksək, orta və aşağı həddləri (müvafiq olaraq “+++”; “++”; “ +” və “ — — -” ; “- -” ; “-”) göstərilir.

Sahibkarlıq ideyasının təsvir edilməsi.GZİT təhlili.

Sonda siz təhlilin nəticəsini müəyyənləşdirirsiniz, yəni ideyanızın nə qədər üstünlükləri və yaxud təhlükələrini görə biləcəksiniz.

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

İşin başlanğıcının təşkil edilməsi

İşin başlanğıcının təşkil edilməsi

Uğurlu biznes yolunda ən son mərhələ - ilk iş günündə məhsul və xidmətlərin satış planının tərtibidir. Kağız üzərində uğurlu plan tərtib etmək bir işdirsə, müştərilərə xidmət etmək və onları razı salmaq başqa işdir. İşinizin ilk günü, sözsüz ki, sizin üçün əlamətdardır, lakin müştəri müvafiq xidmət görmək istəyir.