Tədarükçülərin seçilməsi bugünki, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Sahibkarlıq moduluna həsr olunmuş elektron dərslikdə salamlayıram. Bildirmək istəyirəm ki, bu nəşrin məzmunu müstəsna olaraq “Azərbaycanda Peşə Təhsili və Təliminin inkişafına Avropa İttifaqının dəstəyi” Texniki Yardım layihəsinin məsuliyyətidir və heç bir halda Avropa İttifaqının mövqeyini əks etdirmir. Qeyd etmək istəyirəm ki, bu saytda dərc olunacaq Sahibkarlıq modulu ilə bağlı mövzular Sahibkarlıq kitabının elektron versiyasında da mövcuddur. Həmin dərslikdən də istifadə edə bilərsiniz.
Məqalənin mündəricatı
Tədarükçülərin seçilməsi
Tədarükçü kimdir?
Tədarükçülər — sahibkarların mühüm kontragentləridir, çünki onlar iş adamlarına hədsiz kömək göstərirlər. Tədarükçülər istehsal üçün lazım olan xammal, avadanlıqlar və s. satan müəssisələrdir. Tədarükçülər adətən öz malını müəssisəyə kreditə verirlər.
Ən yaxşı tədarükçünü necə seçərsiniz?
Tədarükçülər texniki məsələlər, bazar dəyişiklikləri və yeni məhsullarla bağlı məsləhətlər verə bilərlər. Sahibkarlar elə tədarükçüləri seçməlidirlər ki , onlar daha faydalı məsləhətlər versin, etibarlı xammalla təmin etsin və maliyyə məsələlərinin nizama salınmasında daha rəğbətli olsunlar.
Tədarükçülərdən xammal əldə edəndə sahibkarlar hansı spesifik qaydalara əməl etməlidir?
1.Müəssisənizin təlabatlarını araşdırın.
2.Potensial tədarükçüləri müəyyənləşdirin.
3.Tədarükçülərlə əlaqə yaradın və onlardan yazılı şəkildə təkliflər alın.
4.Ən yaxşı tədarükçüləri seçin.
5.Mal sifariş edin.
6.Malın çatdırılmasının doğruluğunu yoxlayın.
7.Hesab–fakturanın düzgün doldurulmasını yoxlayın.
8.Tədarükçüyə pul ödəyin.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır