Wordpad proqramında sənədin çapa hazırlanması elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Sistem proqramlarından istifadə moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.
Məqalənin mündəricatı
Wordpad proqramında sənədin çapa hazırlanması
Sənədi çapa necə hazırlamaq lazımdır?
- Wordpad proqramını başladın.
- Mənti Wordpad proqramına daxil edin.
- Çap üçün vərəqin parametrlərini nizamlayın.
- Printerə işə salın.
- Printerə kağız yerləşdirin.
- Əgər sənədin parametrləri sizi qane edirsə, o zaman sənədi çap edin.
Sinif tapşırığı
“Himn” faylını çapa hazırlamaq üçün aşağıdakı göstərişləri yerinə yetirin.
- Mətni kompüterdə yazın.
- Mətni formatlayın (düzləndirmə, hərflərin rəngi, görünüşü).
- Paint və ya Photoshop proqramını açın.
- Azərbaycan bayrağını çəkin.
- Bayrağı seçdirib sənədə əlavə edin.
- Sənədin çap edilmə qaydasını izah edin.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır