Ana səhifə / Yanğından mühafizə / Elektrik cihazlarını cərəyana qoşulması halları

Elektrik cihazlarını cərəyana qoşulması halları

Paylaşmaq!

Elektrik cihazlarını cərəyana qoşulması halları elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Yanğından Mühafizə moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Elektrik cihazlarını cərəyana qoşulması halları

Elektrik cihazlarını cərəyana qoşulması halları

Elektrik cihazlarını hansı hallarda cərəyana qoşmaq olar?

Elektrik cərəyanı vurmasının qarşısını almaq üçün alətin yalnız izolyasiya olunmuş hissəsindən tutun. Burğu aləti ilə işləyərkən burğulama əməliyyatından sonra burğuya əl ilə toxunmayın.Elektrik cihazlarını cərəyana qoşulması hallarıOnlar qaynar olduğu üçün əlinizi yandıra bilər. Əgər alətdən istifadə etmirsinizsə, onu quru yerdə saxlayın.

  • Əyninizə ölçüsü böyük və ya sallanan geyim geyməyin, çünki avadanlığın fırlanan hissəsinə ilişə bilər. İş prosesində yalnız xüsusi geyimdən istifadə edin.

Elektrik cihazlarını cərəyana qoşulması halları

  • Aləti rozetkadan çıxararkən və daşıyarkən alətin şunurundan dartmayın. Alətin şunurunu isti və yağlı yerlərdən aralı tutun, alətin təsadüfi işə salınmasının qarşısını alın.

Elektrik cihazlarını cərəyana qoşulması halları

Aləti bir yerdən başqa yerə apararkən barmağınızı alətin işəsalma açarının üzərinə qoymayın. Aləti işə salmamışdan əvvəl onun sönülü vəziyyətdə olduğuna əmin olun.Elektrik cihazlarını cərəyana qoşulması hallarıOnun taxma başlıqlarının itiliyinə fikir verin və təmiz saxlayın. Elektrik ötürücülüyü olan alətlərlə nəm və rütubətli otaqlarda işlətməyin. Alətlərin yağlanması və hissələrinin dəyişdirilməsi zamanı təlimatlara riayət etmək və şunuruna daim nəzarət etmək lazımdır.Elektrik cihazlarını cərəyana qoşulması hallarıƏgər zədələnmişdirsə, onda texniki xidmət müəssisəsinə müraciət edilməli və həmin alətin dəstəyini təmiz və quru saxlanmalı, yağ və s. ləkələri təmizlənməlidir. Elektriklə işləyən alətlər 16 yaşı tamam olmayan yeniyetmələrə və iş təcrübəsi olmayan şəxslərə etibar edilməməlidir.

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Bina və texniki qurğuların ildırımdan mühafizəsi

Bina və texniki qurğuların ildırımdan mühafizəsi

Bina və texniki qurğuların ildırımdan mühafizəsi elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, …